İzahlı lüğət

İFTİXAR

is. [ər.] 1. Fəxr, fəxr etmə. Bu gündən belə Iran əhli öz millətləri ilə iftixara haqlıdır. Ü.Hacıbəyov. “Molla Nəsrəddin” bizim inkişaf tariximizdə, xalqımızın ictimai həyatında çox mühüm və iftixara layiq bir hadisədir. M.İbrahimov. // Qürur hissi. [Barxudar] qayıdan gün öz adını ümumi iclasın qətnaməsində oxuyanda sevincindən, heyrətindən, ya iftixarındanmı, nədənsə rəngi qızardı. Mir Cəlal. Bayram kişi aydın seçilən iftixar hissi ilə bu meyvələri göstərib dedi.. M.Rzaquluzadə. // Fəxr edilməli, fəxr edilməyə layiq şəxs. Füzuli Azərbaycan xalqının iftixarıdır. - Mirzə Valeh bu evin mötəbər siması, məclislərin iftixarı olmuşdu. S.Rəhimov. □ İftixar etmək
fəxr etmək. [Abas:] Mən də, ac, yoxsul bir həyatdan belə bir dərəcəyə yüksəldiyimə iftixar edirəm. M.İbrahimov. // Təkəbbür, qürur, qürrələnmə. Politikadır hər işləri, alışları-verişləri; Olarda bir əməl fəqət quru, boş iftixarı gör! M.Ə.Sabir.
2. İftixarla şəklində zərf - qürurla, fəxrlə, iftixar hissi ilə. Keçir bizim qəhrəmanlar; Alay-alay, iftixarla. S.Vurğun. Yusif mütəxəssis üzümçüyə məxsus iftixarla dedi:
Odur, o dərə araları üzüm üçün qızıldır. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed