İXTİRAis. [ər.] 1. Yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf etmə, yaratma, icad etmə. Parovozun ixtirası. Radionun ixtirası. Elektron maşınlarının ixtirası. - [Fərhadoğlu:] Belə olsun ki, bizim xalqı sevən alimlərin elmi ixtiraları yarımçıq qalmasın. S.Rəhimov. Zəmanəmiz söz zəmanəsi deyil, fənn zəmanəsi, ixtira zəmanəsidir. Mir Cəlal. □ İxtira etmək (eləmək) - yaradıcı surətdə çalışaraq, keçmişdə məlum olmayan yeni bir şey yaratmaq, icad etmək, düzəltmək. Yeni maşın ixtira etmək. // Əsasını qoymaq, yaratmaq. Bu qəzet kim olub cahanda buna; Bunu kim ixtira edib, aya? S.Ə.Şirvani. [Yaşar] bu vaxta qədər dörd ixtira eləmişdir. C.Cabbarlı. // Yeni ixtira edilmiş şey, ixtiraçının yaradıcı əməyinin məhsulu olan şey; kəşf. İyirminci əsrin ixtiraları. Mühəndisin yeni ixtirası. - ..Baxmetyevin ixtirasının əsli budur ki, cəmi heyvanat bir dərəcə donmaq halına çatanda yarıdiri olurlar, yarıölü olurlar.. C.Məmmədquluzadə.
dan. məc. Uydurma, qondarma. Bu söz sənin ixtirandır. □ İxtira etmək məc. - uydurmaq, qondarmaq. [Dostum] tüfəngləri tərifləyib, ixtira etməyi xoşlardı. M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|