İFTARis. [ər.] din. Oruc açma, oruc açdıqda yeyilən yemək. Xavərimsə bu gün oruc tutmuş olduğundan, axşam üçün iftar tədarükü görürdü. T.Ş.Simurq. □ Iftar açmaq (yemək) - oruc açmaq. Axund iftarı yeyib, təsbehi alır əlinə, başlayır hesablamağa. Ə.Haqverdiyev. Tacir qızı isə: - Axund oruc idi, bir saat bundan əvvəl iftarını açıbdır. - dedi. M.S.Ordubadi. // Oruc açma vaxtı, gün batanda. Molla cavabında deyir:
Niyə ayıb olur ki, iftar vaxtıdır da.. “M.N.lətif.” Iftara bir az qalanda mömin müsəlmanlar təsbeh çevirə-çevirə, dodaqları duanı vird eləyəndə, ürəkləri də plov çağırır. C.Məmmədquluzadə. Bu top orucluqdan orucluğa, bir dəfə obaşdan, bir dəfə iftarda atılardı. P.Makulu. Paylaşın - Hamı bilsin
|