İXTİSARis. [ər.] 1. Qısaltma, azaltma. İxtisar etmək - 1) qısaltmaq, azaltmaq. Məqaləni ixtisar etmək. Əsərin fəsillərindən birini ixtisar etməli. // Müxtəsər etmək, qısaltmaq. Mənimlə, Tanrı üçün, sözdə ixtisar et, kim; Uzun fəsanəyə, vaiz, dilü dəmaq gərək. Qövsi; 2) miqdarca, sayca azaltmaq. Ştatları ixtisar etmək. Xərcləri ixtisar etmək; 3) işdən azad etmək (ştatların azalması münasibəti ilə). Bir neçə işçini ixtisar etmək lazımdır. İxtisar olunmaq - azaldılmaq (miqdarına, həcminə görə). İxtisara düşmək - 1) b a x ixtisar olunmaq. Məqalənin axırı ixtisara düşdü; 2) ştatların azalması ilə əlaqədar olaraq işdən azad edilmək. İxtisara salmaq - b a x ixtisar etmək. Tresti kəsirdən qurtarmaq üçün, birinci növbədə, müşavirə və nitqləri ixtisara salmaq lazımdır. M.Hüseyn. [Vahidov:] Sabahdan gərək yuxumu əlli faiz ixtisara salam. Ə.Məmmədxanlı.
riyaz. Kəsirdə: sürəti və məxrəci eyni ədədə bölüb azaltma, kiçik ədədlə vermə. Ixtisarla şəklində zərf- müxtəsər, gödək, qısa, ixtisar şəklində. Məqaləni ixtisarla vermək. Paylaşın - Hamı bilsin
|