İzahlı lüğət

İLTİFATKARLIQ (ID - 18741)

bax iltifatlılıq.

İLTİFATLI (ID - 18742)

sif 1. İltifatla olunan (edilən). İltifatlı münasibət. İltifat edən, hüsn-təvəccöh göstərən, xoş sifət, lütfkar.

İLTİFATLILIQ (ID - 18743)

is. İltifatlı olma, iltifat göstərmə, lütfkarlıq.

İLTİFATSIZ (ID - 18744)

sif İltifatı olmayan, iltifat göstərməyən (etməyən), üz göstərməmə, xoş üz göstərməmə; hörmətsizlik.

İLTİFATSIZLIQ (ID - 18745)

is. İltifat göstərməmə, xoş üz göstərməmə; hörmətsizlik, nəzakətsizlik.

İLTİHAB (ID - 18746)

is. [ər.] tib. Bədənin bir yerində qızdırma, şiş, qızartı şəklində təzahür edən xəstəlik prosesi. Ağ ciyər iltihabı. İltihab prosesi. Boğazında iltihab var.

İLTİHABLAŞMA (ID - 18747)

tib. 1. “İltihablaşmaq” dan f.is.
2. İltihab əmələ gəlmə, iltihab prosesi. Mədənin selikli qişası spirtin təsirindən şiddətli qıcıqlandığından iltihablaşma əmələ gəlir ki, bu da qidanın həzmində iştirak edən vəzilərin...

İLTİHABLAŞMAQ (ID - 18748)

f tib. İltihab əmələ gəlmək.

İLTİMAS (ID - 18749)

is. [ər.] Xahiş, rica. Mən yüzbaşının iltimasına görə bu kağızı cırıram. Məmmədquluzadə. Çoxlar getdi iltimasa, gəlmədin; Vaqif öldü, neçin yasa gəlmədin? M.P.Vaqif. Əslində Qədirin nə üçün sarınmağını bilməyən ağsaqqallar...

İLTİMASÇI (ID - 18750)

is. İltimas edən, minnətçi. [Usta Zeynal Qurbana:] ..De ki, ay kafir oğlu kafir, burada nə bir o qədər iş var ki, sən mənim sözümə inanmayıb, Hacı Rəsulu iltimasçı salırsan. C.Məmmədquluzadə.

İLTİSAQİ (ID - 18751)

[ər.]: iltisaqi dillər dilç. - sözün kökünü dəyişdirmədən, ona şəkilçilər artırılmaqla yeni formalar və ya yeni sözlər düzəldilən dilləri; məs.: türk dilləri, fin-uqor dilləri. Azərbaycan dili iltisaqi dillərdəndir.

İLTİSAQİLİK (ID - 18752)

is. dilç. İltisaqi dilin xüsusiyyəti, keyfiyyəti. Türk dillərinin iltisaqiliyi.

İLTİZAM (ID - 18753)

is. [ər.] 1. Bir işin yerinə yetirilməsini lazım bilmə, özü üçün borc hesab etmə, boynuna götürmə, öhdəsinə götürmə.
köhn. Qrammatikada: iş, hal və hərəkətin söz söylənən vaxtdan sonra icrasının lazım olmasını...

İLTİZAMÇI (ID - 18754)

is. köhn. Bir şeyi öhdəsinə götürərək, yerinə yetirəcəyi haqqında dilindən kağız vermiş adam.

İLTİZAMNAMƏ (ID - 18755)

is. [ər. iltizam və fars. namə] Mütləq yerinə yetirməyi tələb edən yazılı vəd, öhdəçilik kağızı. Iltizamnamə vermək (dilindən kağız vermək). - Şübhəsiz ki, belə bir iltizamnaməni imza etmək hər kəs üçün çətin idi....

İLYARASI (ID - 18756)

is. Sağalması uzun sürən və sağalandan sonra (adətən üzdə) yeri qalan yara. [Bəyin] çənəsinin yanları.. yanağında ilyarası, qırışıqlar, çal-çarpaz cizgilər arasında bürüşmüşdü. Mir Cəlal.
İ MA is. [ər.] klas. İşarə,...

İMAJİNİST (ID - 18757)

is. ədəb. İmajinizm tərəfdarı.

İMAJİNİZM (ID - 18758)

[fr.] XX əsrin əvvəllərində rus poeziyasında ədəbi yaradıcılıqda ideyalılığı rədd edən formalist cərəyanlardan biri.

İMALƏ1 (ID - 18759)

is. [ər.] 1. Mədəni süni surətdə təmizləmək məqsədi ilə düz bağırsağa maye daxil etmə. Imalə etmək.
Bu mayeni düz bağırsağa yeridən alət.

İMALƏ2 (ID - 18760)

is. [ər.] ədəb. köhn. Əruz vəznində yazılmış şeirlərdə: qısa oxunması lazım gələn hərəkənin vəznə uyması üçün qeyri-təbii olaraq uzadılmasından ibarət vəzn nöqsanı.

İMAM (ID - 18761)

is. [ər. ] 1. Müsəlmanlarda: camaat namazına başçılıq edən, habelə bir məhəllədə nikah, ölüm və s. dini işlərə baxan ruhani. Imamə ixtiyarın vermə, hərgiz uyma təkbirə: Özün kim faili-muxtarsan, biixtiyar olma. S.Ə.Şirvani....

İMAMCÜMƏ (ID - 18762)

is. [ər.] din. Cümə günləri camaat namazına başçılıq edən ruhani. [İsmayıl:] Təbriz böyük şəhərdir, savadlı imamcümələr var. P.Makulu.

İMAMƏT (ID - 18763)

is. [ər.] din. İmamlıq. Vaxta ki, ona imamət verilib, o hər şeyi bilər. Ə.Haqverdiyev.

İMAMLIQ (ID - 18764)

is. din. İmam vəzifəsi, imam rütbəsi. Imamlıq etmək.

İMAMZADƏ (ID - 18765)

is. [ər. imam və fars. ...zadə] İmamların, övliyaların və onların övladlarının basdırıldığı yer; ziyarətgah. [Gövhərtacın anası:] Dünən mən gedib imamzadədə şam yandırdım. Ə.Haqverdiyev. Bu on beş il ərzində yer qalmadı...

İMAN (ID - 18766)

is. [ər.] 1. İnanma, dərin inam. [Nüşabə:] Sənə qəlbimdə bir iman vardı; Könlümü şübhə, tərəddüd sardı. A.Şaiq. [Kərimxan:] Hələ də öz imanında möhkəm qalmaq istəyirdi. M.İbrahimov. // İslamiyyətdə: dinə, Allahın birliyinə,...

İMANLI (ID - 18767)

sif. Dinə inanan, dindar. // İnsaflı. Amma bu qarı çox imanlı qarı idi. “Əsli və Kərəm”.

İMANSIZ (ID - 18768)

sif. 1. Dinsiz, Allahsız, etiqadsız; kafir. // İs. mənasında. [Bəndalı:] Görmürsən bu imansızları, bu saqqalı qana bulanmışları! Mir Cəlal.
2. məc. Mərhəmətsiz, insafsız, qəddar. Dinsizin öhdəsindən imansız gələr. (Ata....

İMANSIZCASINA (ID - 18769)

zərf İnsafsızlıqla, mərhəmətsizcəsinə, amansızcasına, qəddarcasına.

İMANSIZLIQ (ID - 18770)

is. 1. Dinsizlik, kafirlik.
2. məc. Mərhəmətsizlik, insafsızlıq, qəddarlıq, amansızlıq.

İMARƏT (ID - 18771)

İMDAD (ID - 18772)

is. [ər.] Kömək, yardım; darda qalmış bir adamın köməyinə yetişmə, dadına yetmə. Koroğlunun dəlilərdi imdadı; Qılınc çəkdi, hasil ola muradı. “Koroğlu”. Görüşdülər, öpüşdülər o qəhrəmanlar; Birbirinin xilaskarı,...

İMDADSIZ (ID - 18773)

sif. Köməksiz, yardımsız. Imdadsız qalmaq - köməksiz qalmaq, tək qalmaq, əli heç kəsə çatmamaq.

İMDADSIZLIQ (ID - 18774)

is. Köməksizlik, çarəsizlik.

İMDİ (ID - 18775)

bax indi. Bu çərxi-fələk tərsinə dövran edir imdi. M.Ə.Sabir. [Sabbah:] Saqın, imdi sizə verməm sevgili Xəyyamı. H.Cavid. ImdIcə bax indicə.

İMƏCİ (ID - 18776)

is. İməcilikdə iştirak edən adam. Həyətdə iri palazlar döşəmiş, iməcilər çağırmışdı. A.Şaiq. □ Iməci olmaq - birinə kömək etmək məqsədi ilə görülən faydalı işdə iştirak etmək. [Ballının] bildirə kimi atası kəndin...

İMƏCİLİK (ID - 18777)

is. Könüllü olaraq və zəhmət haqqı almadan ictimai-faydalı bir işi, tapşırığı kollektiv surətdə, elliklə yerinə yetirmə. Bu iməcilik böyük bir əmək bayramına dönmüşdü. Burada hər millətdən çalışan vardı. B.Talıblı....

İMƏK (ID - 18778)

iməyə düşmək - iməkləməyə başlamaq. Iməyə düşən uşaq .. yəhərin qaşından tutdu. S.Rəhimov.

İMƏKLƏMƏ (ID - 18779)

“İməkləmək” dən f.is.

İMƏKLƏMƏK (ID - 18780)

f Əllər və dizlər üzərində hərəkət etmək. Nə isə, vaxt yetişdi, gərək uşaq iməkləsin, yerisin, gülsün, danışsın, şad olsun.. N.Nərimanov. [Atakişi:] Ay sənə qurban inəklər; Bu balam haçan iməklər. Cabbarlı. Əllərin...

İMƏKLƏTMƏ (ID - 18781)

“İməklətmək” dən f.is.

İMƏKLƏTMƏK (ID - 18782)

f Uşağın iməkləməsinə kömək etmək, iməkləməyə öyrətmək.

İMHA (ID - 18783)

is. [ər.] Məhv etmə, tələf etmə. Bunların içindəki müzürr mikrobların imhası üçün oralar hər gün .. dezinfeksiya olunaraq, son dərəcə pak və təmiz saxlanmaqdadır.. T.Ş.Simurq.

İMİC (ID - 18784)

is. [iing.] 1. Fikri surət, fikri təsəvvür.
2. Rəmz, simvol.

İMİR (ID - 18785)

is. məh. Şah arı.

İMİRÇİMƏ (ID - 18786)

“İmirçimək” dən f.is.

İMİRÇİMƏK (ID - 18787)

f dan. İylənmək, xarab olmağa başlamaq, turşumaq, ağırlaşmaq. Qatıq imirçiyib. Pendir imirçiyib.

İMİRÇİMİŞ (ID - 18788)

f.sif. dan. Ağırlaşmış, xarab olmuş, turşumuş, iylənmiş. Imirçimiş yağ.

İMİŞ (ID - 18789)

Qoşulduğu sözü keçmiş zamana bağlayaraq ona rəvayət mənası verən bağlama. Şəhər çox böyük imiş. Onun qisməti belə imiş. - Hər kəs [Zeynala] adi bir idarə məmuru kimi baxır imiş. S.Hüseyn. Məmmədquluzadənin təsvirinə...

İMİTASİYA (ID - 18790)

[lat.] 1. Oxşatma, bənzətmə; bir şeyin saxtasını düzəltmə. Mərmər imitasiyası (mərmərə oxşadılmış şey). Dəri imitasiyası (dəriyə oxşadılmış material).
2. mus. Musiqi motivinin bir interval yuxarı və ya aşağı olaraq...

Bu səhifə dəfə baxılıb

not_found
......