İMİTASİYA[lat.] 1. Oxşatma, bənzətmə; bir şeyin saxtasını düzəltmə. Mərmər imitasiyası (mərmərə oxşadılmış şey). Dəri imitasiyası (dəriyə oxşadılmış material).
2. mus. Musiqi motivinin bir interval yuxarı və ya aşağı olaraq başqa səslə təkrarı; təqlid. Çox zaman əsas melodiya ardıcıl olaraq başqa səslərdə ya eyni ilə, ya da döndərmə yolla təkrar edilə bilər. Polifonik musiqidə çox intişar tapan bu üsula imitasiya (təqlid) deyilir. Ə.Bədəlbəyli. Paylaşın - Hamı bilsin
|