İMANSIZsif. 1. Dinsiz, Allahsız, etiqadsız; kafir. // İs. mənasında. [Bəndalı:] Görmürsən bu imansızları, bu saqqalı qana bulanmışları! Mir Cəlal.
2. məc. Mərhəmətsiz, insafsız, qəddar. Dinsizin öhdəsindən imansız gələr. (Ata. sözü). Yaman imansız kişidir, maşını saxlatdı, dedi: - Düş yerə.. M.İbrahimov. [Yunis:] Əgər sən bilsəydin ki, xalacan, o Yaqutun anası necə imansız arvaddır, sənin də qanın qaralardı. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|