İMANis. [ər.] 1. İnanma, dərin inam. [Nüşabə:] Sənə qəlbimdə bir iman vardı; Könlümü şübhə, tərəddüd sardı. A.Şaiq. [Kərimxan:] Hələ də öz imanında möhkəm qalmaq istəyirdi. M.İbrahimov. // İslamiyyətdə: dinə, Allahın birliyinə, peyğəmbərlərə inanma və bunu dillə iqrar etmə; etiqad. Dil zülflə rüxsarüvə çün qıldı təmaşa; Avarə qalıb küfr ilə iman arasında. Heyran xanım. Bu isə bəs o ləinin də işi qullabıdır; Dini, imanı danıb, yoldan azıbdır, babıdır. M.Ə.Sabir. [Müridlər:] Şeyximiz atdı hökmi Quranı; Şeyximiz satdı dini, imanı. H.Cavid. İman etmək (bəsləmək, gətirmək)
inanmaq. Beləliklə, [İldırımzadə] Dəmirova .. dərin bir iman bəslərdi. S.Rəhimov. İman əhli - dinə inanan, dini ehkamlara riayət edən, etiqadlı. Dünya görmüş adam (özü də iman əhlinə oxşuyurdu) yenə bir dərin ah çəkib dedi.. C.Məmmədquluzadə. İmana gəlmək - 1) islam dinini qəbul etmək, dönüb müsəlman olmaq (qeyri-müsəlman haqqında). Üzünü görsə əgər gəbrlər imana gələr; Küfrdən əl götürüb rahimüsəlmanə gələr. Q.Zakir. Biçarə Kərimi salma nəzərdən; Əgərçi kafirəm, gəldim imana. Aşıq Kərim; 2) məc. xeyli xahişdən, inandırmadan, təkiddən, səydən sonra razı olmaq, qəbul etmək. Imana gəlmir ki, gəlmir. İmana gətirmək - 1) təbliğat və s. yolu ilə birinə müsəlmanlığı qəbul etdirmək; 2) məc. xeyli xahişdən, inandırmadan, təkiddən, səydən sonra razı olmasına, bir şeyi qəbul etməsinə nail olmaq. İmandan çıxmaq - dindən çıxmaq, dini ehkamları pozmaq. İmanı kamil olmaq - 1) imanı, etiqadı, əqidəsi təmiz olmaq; 2) məc. məqsədinə, məramına çataraq rahat olmaq. O mehrabü minbər qaşlara mail; Olmayanın olmaz imanı kamil. Q.Zakir. [Əsgər Süleymana:] Hərgah bir işi də bilsən, onda imanım kamil olar. Ü.Hacıbəyov. İmanını satmaq - yalandan şahidlik etməklə əqidəsini, məsləyini birinə qurban etmək, satılmaq. Imanını satıb, əppəyinə qatıq eləyir. (Ata. sözü). [Rüstəm bəy:] ..Bax imanımı belə satmışam. S.S.Axundov. İmanını tərəziyə qoymaq - alverdə müştərini aldatmaq, çəkidə aldatmaq. Baqqal qoyar tərəziyə imanın. Q.Zakir. İman-güman - şübhə, zənn, güman. Əntiqə Hacı Rəsulun nəyinə lazımdır? Burada iman-güman çox yerə gedə bilər. Mir Cəlal. Allah imanını kamil eləsin birinə xeyir-dua məqamında. [Kərbəlayı Xeyransa:] A...a...a... balam, Allah imanını kamil eləsin, ay Məşədi Püstə bacı, mənim heç yadımda yoxdu. H.Sarabski. Sahibiiman - bax iman əhli. Yox yeni bir dinə yəqinim mənim; Sahibi-imanəm, a şirvanlılar! M.Ə.Sabir. 2. İmanla şəklində zərfi - etiqadla, inanaraq. Mən sizə imanla vermişəm könül.. A.Şaiq. Paylaşın - Hamı bilsin
|