İMAMZADƏis. [ər. imam və fars. ...zadə] İmamların, övliyaların və onların övladlarının basdırıldığı yer; ziyarətgah. [Gövhərtacın anası:] Dünən mən gedib imamzadədə şam yandırdım. Ə.Haqverdiyev. Bu on beş il ərzində yer qalmadı - pir, imamzadə, ocaq, ziyarət qalmadı ki, Münəvvər xanım baş vurmasın.. Mir Cəlal. [Molla:] Bu saat camaat özündən çıxmışdır, dəstələr təşkil edərək imamzadəyə gedir. P.Makulu.
Paylaşın - Hamı bilsin
|