İMAMis. [ər. ] 1. Müsəlmanlarda: camaat namazına başçılıq edən, habelə bir məhəllədə nikah, ölüm və s. dini işlərə baxan ruhani. Imamə ixtiyarın vermə, hərgiz uyma təkbirə: Özün kim faili-muxtarsan, biixtiyar olma. S.Ə.Şirvani. [Məşədi:] Bunun evini yıxıb, bu halətə salan imam oldu. Ə.Haqverdiyev. Mən sözümü qurtarmamışdım ki, məhəllənin imamı Şeyx Mirhadi içəri girdi. Qantəmir.
Məzhəb və ya təriqət başçısı. // Şiə məzhəbi başçısı sayılan Əli və onun övladlarına verilən ad. Imam üçün ağlayan gözdən olar. (Ata. sözü). [Molla Kazım:] Deyirlər, oruc nahaq, namaz nahaqdır. Imam təziyyəsi nahaqdır. Ə.Haqverdiyev. [Molla Xəlil:] Sən imamların bacılarını, qızlarını yadına sal, səbr elə!.. S.Hüseyn. Bəzi kiçik ərəb dövlətlərində dövlət başçısı. Paylaşın - Hamı bilsin
|