İzahlı lüğət

İŞLƏTMƏK (ID - 19691)

f 1. İş gördürmək, işlə məşğul etmək, iş görməyə məcbur etmək; çalışdırmaq. Fəhlə işlətmək. Uşağı işlətmək. Qızı uşaqlıqdan işlətmək.
Bir şey üçün istifadə etmək; faydalanmaq. Ən uşaqlıqdan möhnətə...

İŞLƏTMƏLİ (ID - 19692)

sif İşlətmək, sərf etmək, ehtiyacı rəf etmək üçün olan; işlətmək üçün ayrılmış (saxlanmış, təyin edilmiş).

İŞLİ (ID - 19693)

sif 1. İşi olan, işlə təmin olunmuş.
məc. Ürəyində kinli sözü, mətləbi olan. O, işli adama oxşayırdı.

İŞLİ-GÜCLÜ (ID - 19694)

sif Əlindən hər iş gələn, bacarıqlı, zəhməti, işi sevən. O, işli-güclü qızdır.

İŞLİ-PEŞƏLİ (ID - 19695)

bax işli-güclü.

İŞMƏK (ID - 19696)

b a x eşmək.

İŞMƏKLİ (ID - 19697)

bax eşməkli. [Xırdaxanım:] ..Mən də sənə borclu oluram bir dəst şaldan libas ibrə işməkli.. N.Vəzirov.

İŞ-PEŞƏ (ID - 19698)

is. Sənət, peşə, iş-güc. Ögey ana o gündən Fatmaya gündə bir küllü kömbə verib, darağnan yun daramağı ona işpeşə elədi. (Nağıl). Gecə-gündüz işin-peşən yoxmudur? Çəkilməzsən bir dəqiqə arxamdan. Ə.Cavad.

İŞRAQİLİK (ID - 19699)

[ər. işraqiyyə - şəfəq, parıltı] Orta əsrlərdə müsəlman ölkələrində yayılmış fəlsəfi cərəyan. Işraqilik fəlsəfəsi. Işraqiliyə görə kölgələr işıqlarla yanaşı daima mövcuddur.

İŞRƏT (ID - 19700)

is. Kef, eyş-işrət; içki içmə. Əyyami-zimistan keçdi, sevdiyim; Dur, seyr eylə, işrət baharıdır bu!.. Q.Zakir. Biz bir neçə kamança, tar tapmışıq; Burda bir işrət məclisi qurmuşuq. A.Səhhət. Bu gecə oğlu Mürsəlin toy məsləhəti...

İŞRƏTLİ (ID - 19701)

sif Kef büsatı qurulmuş, kef üçün düzəldilmiş. [Lətif şah:] Dost bağında, gəldim, lələ! Işrətli divanı gördüm. “Lətifşah”.

İŞSEVƏN (ID - 19702)

sif. İşləməyi, çalışmağı sevən; işcil. Işsevən adam.

İŞSİZ (ID - 19703)

sif. 1. Daimi işi, iş yeri və maaşı olmayan. Işsiz fəhlələrin nümayişi. - [Mehriban ərinin] işsiz (z.) qaldığı günlərində aclığını, çılpaqlığını açıb söyləmədiyi kimi bir çox qış gecələrini yanacaqsız keçirmiş,...

İŞSİZ-GÜCSÜZ (ID - 19704)

bax işsiz 2-ci mənada.

İŞSİZLİK (ID - 19705)

is. 1. Bir yerdə işsizlərin, daimi maaşı olmayan adamların mövcud olduğu hal. Kütləvi işsizlik halları. Işsizliyin xroniki hal alması. İşsiz adamın hal və vəziyyəti. Bir yandan işsizlik, parasızlıq, .. bir yandan da sənət eşqi,...

İŞSİZ-PEŞƏSİZ (ID - 19706)

bax işsiz-gücsüz. [Murad] Bakıda olurkən işsiz-peşəsiz bulunmayırdı. S.Hüseyn.

İŞTAH(A) (ID - 19707)

is. [ər.] 1. Yemək istəmə, yeməyə meyil, yemək arzusu. Təmiz hava adamın iştahasını artırır. - Iştaha diş altındadır. (Məsəl). ..Yazırsan ki, iştaham azalıb, belə ki, sübh vaxtı bozbaş yeyəndə, axşam azanı deyiləndə kabab...

İŞTAH(A)AÇAN (ID - 19708)

sif. İştaha gətirən, iştaha artıran, yemək həvəsi oyadan. Iştahaaçan dərman. Iştahaaçan yeməklər. - Mübaşir Məmməd israr etdi: - Abcosuz o əti yemək haramdır. ..Gərəkiştahaaçan, qızışdıran bir şey olsun ki, yeyə biləsən.....

İŞTAH(A)GƏTİRƏN, İŞTAH(A)GƏTİRİCİ (ID - 19709)

bax iştah(a)açan.

İŞTAH(A)LANDIRMA (ID - 19710)

"İştah(a)landırmaq” dan f.is.

İŞTAH(A)LANDIRMAQ (ID - 19711)

f. İştaha gətirmək, iştaha oyatmaq, yemək həvəsini artırmaq. Xörəyin ətri adamı iştahlandırırdı. - Təzə çörəyin ətri həyətdə oturanları iştahlandırırdı. S.Şamilov.

İŞTAH(A)LANMA (ID - 19712)

“İştah(a)lanmaq” dan f.is.

İŞTAH(A)LANMAQ (ID - 19713)

f Yeməyə həvəs oyanmaq, iştahaya gəlmək.

İŞTAH(A)LI (ID - 19714)

sif Yaxşı iştahası olan, yeməyi iştaha ilə, həvəslə yeyən. Iştahalı adam.

İŞTAH(A)SIZ (ID - 19715)

sif İştahası olmayan, qarnı tox olmadığı halda yeməyə istəyi olmayan. Telli balaca qızdır; Yeməyə iştahsızdır. M.Dilbazi. // zərf Yemək istəmədən, yeməyə istəyi olmadığı halda; meyilsiz, həvəssiz, könülsüz. Xörəyi iştahasız...

İŞTAH(A)SIZLIQ (ID - 19716)

is. İştaha olmaması, yemək istəməmə, yeməyə həvəs olmadığı hal.

İŞTƏ (ID - 19717)

əd. [türk.] Budur, bax. Ey əzizidilü can, ey fərəhi-qəlbi-məlul! Edərəm, iştə, bu təklifini şükranla qəbul! A.Səhhət. Görürsünüz, fövqəladə hadisə, iştə, bu idi.. S.Hüseyn.

İŞTİBAH (ID - 19718)

is. [ər.] 1. Şübhə, şəkk; şübhə etmə, şəkk etmə. Sən o deyilmidin, dedin: dumdur ümidgahımız? Mən demədimmi, var buna dumduru iştibahımız? M.Ə.Sabir. İştibah doğurmaq - şübhə doğurmaq. İştibah etmək - şübhələnmək,...

İŞTİRAK (ID - 19719)

is. [ər.] Bir işdə başqaları ilə birlikdə fəaliyyət göstərmə, iş görmə. [Qadın:] Mənim bu səyahətdə iştirakım möhtərəm ağamızı məmnun buraxdımı? M.S.Ordubadi. Mollanəsrəddinçilər xalq kütlələrinin iştirakı olmadan...

İŞTİRAKÇI (ID - 19720)

is. Bir işdə iştirak edən adam. Dərnək iştirakçısı. Müşavirə iştirakçıları. Qurultay iştirakçıları. - Çalğıçılar xüsusi həvəs göstərir, o biri iştirakçılar əl çalırdı. M.İbrahimov. Böyük bir yarımdairə halında...

İŞTİRAKÇILIQ (ID - 19721)

is. hüq. İştirak etmə. // Ortaqlıq, şəriklik.

İŞTİYAQ (ID - 19722)

is. [ər.] klas. Şövqündə olma, həsrətində olma, həsrətini çəkmə; şövq, həvəs, şiddətli arzu, həsrət. Saraldı mehrtək yüzüm cəmalın iştiyaqindən. Kişvəri. Eylərəm hər yerdə sənin sorağın; Gündən-günə artar bil...

İŞTÜX, İŞTÜK (ID - 19723)

is. məh. Ağız sözü, uydurma, düzəltmə, yalan. Bunlar hamısı iştükdür. - Kim deyir ki, o, bu gün Danabaş kəndində deyil, xeyr, bunlar hamısı iştüx sözdü. C.Məmmədquluzadə.

İŞVƏ (ID - 19724)

is. [ər.] Naz, qəmzə, işvə, cilvə; qəmzəli baxış. Dağ başından yar aşar; Yar dolanar, yar aşar; Işvə, qəmzə, bir də naz; Tək bir sənə yaraşar. (Bayatı). Belə işvə, belə qəmzə, belə naz; Belə qamət, belə gərdən olurmu?...

İŞVƏBAZ (ID - 19725)

sif. [ər. işvə və fars. ...baz] İşvə edən, işvəkar, nazlı.

İŞVƏBAZLIQ (ID - 19726)

is. İşvə, naz-qəmzə etmə xasiyyəti.

İŞVƏKAR (ID - 19727)

sif. [ər. işvə və fars. ...kar] Öz qəmzəli baxışları ilə kişiləri məftun edən; işvəli, qəmzəli. [Zeynəb xanım] Alış bəyi görüncə qaşlarını qaldırdı, fitnəli gözlərini süzdü və işvəkar bir səslə qulluqçuya dedi:...

İŞVƏKARANƏ (ID - 19728)

zərfi [ər. işvə və fars. karanə] İşvə ilə, nazla, naz-qəmzə ilə. Işvəkaranə yerimək.

İŞVƏKARLIQ (ID - 19729)

is. İşvə satma, naz satma; naz-qəmzə. Işvəkarlıq etmək.

İŞVƏLİ (ID - 19730)

sif. Nazlı, qəmzəli, cilvəli, şux, dilbər. Işvəli qız. Işvəli gəlin. Işvəli təbəssüm. - Ah sevgili nigar, sən qal indi! Ey işvəli yar, sən qal indi! Xətayi. Dolanım başına, ey nazlıca yarım, bəri bax; Işvəli, qəmzəli, çəm-xəmli...

İT (ID - 19731)

is. 1. Canavar, tülkü kimi heyvanların mənsub olduğu yırtıcı məməli heyvanların xüsusi fəsiləsinə mənsub ev heyvanı. Çoban iti. Həyət iti. Ov iti. - It, qulağını kəsəndən qorxar. (Məsəl). Hərdən it hürüşməsi, səsküy...

İTAƏT (ID - 19732)

is. [ər.] 1. Tabe olma, boyun əymə, sözə qulaq asma, göstərişə əməl etmə; tabelik. Ata-anaya itaət. Böyüyə itaət. [Qaplan:] Əmrinə itaət bir vəzifədir; Verdiyin hər fərman bizə töhfədir. A.Şaiq. Çay üstündə qazı həmçinin...

İTAƏTKAR (ID - 19733)

sif. [ər. itaət və fars. ...kar] bax itaət1i. Şərif ki hər zaman .. [Molla Xəlilin] müti və itaətkar bir müridi idi, bütün bayır işlərini ona gördürərdi. S.Hüseyn. ..Qaraqaşlı Davudun səliqəli, itaətkar, həvəsli işi ustanın...

İTAƏTKARCASINA (ID - 19734)

zərf [ər. itaət və fars. karanə] İtaətlə, müticəsinə.

İTAƏTKARLIQ (ID - 19735)

is. İtaət etmə, tabe olma; hər əmrə, sözə, göstərişə sözsüz əməl etmə; mütilik, ehtiram. [Nuriyyə:] Mən [Muradın] dəvətini qeyri-şüuri bir itaətkarlıqla (z.) qəbul etdim. İ.Əfəndiyev.

İTAƏTLİ (ID - 19736)

sif İtaətdən çıxmayan, tabe olan, itaət edən; müti, intizamlı. [İblis:] Heç
maraq etmə, əmin ol, o mənim ən itaətli qulumdur daim. H.Cavid.

İTAƏTLİLİK (ID - 19737)

bax itaətkarlıq.

İTAƏTSİZ (ID - 19738)

sif. İtaət etməyən, tabe olmaq istəməyən, sözə qulaq asmayan; dikbaş, intizamsız. Itaətsiz uşaq.

İTAƏTSİZLİK (ID - 19739)

is. İtaət etməmə, boyun əyməmə, tabe olmama, sözə qulaq asmama; hörmətsizlik, intizamsızlıq. Qızının belə itaətsizliyi Imamverdiyə artıq dərəcədə təsir etmişdi. S.S.Axundov. Min ilin əzilmiş rəncbəri sanki qəbirdən qalxıb...

İTALİYALI (ID - 19740)

bax italyan.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed