İzahlı lüğət

İTAƏTSİZLİK

is. İtaət etməmə, boyun əyməmə, tabe olmama, sözə qulaq asmama; hörmətsizlik, intizamsızlıq. Qızının belə itaətsizliyi Imamverdiyə artıq dərəcədə təsir etmişdi. S.S.Axundov. Min ilin əzilmiş rəncbəri sanki qəbirdən qalxıb mülkədarla vuruşur, əlinə götürdüyü yabanı, odlu silahı yerə qoymaq istəmir, itaətsizlik hər səmti bürüyür. S.Rəhimov. □ Itaətsizlik etmək (göstərmək) - itaət etməmək, tabe olmamaq, sözə qulaq asmamaq, üzə durmaq, hörmətsizlik göstərmək. Hələ arvadı Nigar açıqdan-açığa ona itaətsizlik edir, özünü yaxşı aparmayırdı. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed