İzahlı lüğət

İŞTİBAH

is. [ər.] 1. Şübhə, şəkk; şübhə etmə, şəkk etmə. Sən o deyilmidin, dedin: dumdur ümidgahımız? Mən demədimmi, var buna dumduru iştibahımız? M.Ə.Sabir. İştibah doğurmaq - şübhə doğurmaq. İştibah etmək - şübhələnmək, şübhəyə düşmək. İştibaha salmaq - şübhəyə salmaq, şübhə oyandırmaq; şəkləndirmək, şübhələndirmək. O ki qaldı Dilşadın məsələsinə, zənnimcə, Fəxrəddini iştibaha salmamaq üçün Dilşadı həbsdən azad etməliyik. M.S.Ordubadi.
2. İştibahla şəklində zərf - şübhə ilə. [Oğlan] qəribə bir iştibahla uzunburun, sallaqbığ, qırışsifət, uzunqılça adama nəzər saldı.. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

İP

İZ

not_found
......