İŞTİRAKis. [ər.] Bir işdə başqaları ilə birlikdə fəaliyyət göstərmə, iş görmə. [Qadın:] Mənim bu səyahətdə iştirakım möhtərəm ağamızı məmnun buraxdımı? M.S.Ordubadi. Mollanəsrəddinçilər xalq kütlələrinin iştirakı olmadan milli intibah təsəvvür etmirdilər. M.İbrahimov. // Şərik olma, ortaq olma; şəriklik, ortaqlıq (şəriklik) etmə, bir şeydə payı olma. □ İştirak etmək - bir işin icrasında başqaları ilə birlikdə fəaliyyət göstərmək, bir işin icraçısı olmaq. Məhkəmə açıq olacaq və bütün hərbi xidmətçilər iştirak edəcəklər. H.Nəzərli. Şəhərdə ilk dəfə olaraq bayramda təyyarə modelçiləri də iştirak edirdilər. M.Rzaquluzadə. // Bir şeydə payı olmaq, şərik olmaq, ortaq olmaq. Səhmdarlar cəmiyyətində iştirak etmək.
Paylaşın - Hamı bilsin
|