İŞTAH(A)is. [ər.] 1. Yemək istəmə, yeməyə meyil, yemək arzusu. Təmiz hava adamın iştahasını artırır. - Iştaha diş altındadır. (Məsəl). ..Yazırsan ki, iştaham azalıb, belə ki, sübh vaxtı bozbaş yeyəndə, axşam azanı deyiləndə kabab yeyirəm.. Məmmədquluzadə. [Qurban:] Neyləyim, Allah plovu bir adama verir, iştahı bir ayrısına. Ə.Haqverdiyev.
2. məc. Arzu, istək, həvəs. Müftə pulları alıb cibinə dolduranda [onun] iştahası daha da artdı. “Kirpi”. □ İştah(a) ilə, iştahla 1) həvəslə, ləzzətlə, acgözlüklə. Iştahla yemək. - [Oruc] tütək çalırkən qoyunlar iştah ilə ot otlar, arabir qulaqlarını qırparaq o səsi dinlərdi. A.Şaiq. Nəcəfi iştaha ilə yeyir, xalasının ona etdiyi yaxşılıqlardan uzun-uzadı danışırdı. Q.İlkin; 2) məc. arzulu, həvəsli, həsrətkeş. Pulsuz, lakin iştahalı tamaşaçı sovuşmaq istəmir. Mir Cəlal. □□ İştahası açılmaq - yemək arzusu daha da artmaq, daha da iştahalanmaq, yemək istəmək. [Bərbərzadə:] Həmişə bu yoldaşla söhbət eyləyəndən sonra, mənim iştaham açılır. S.Rəhimov. İştahası böyük olmaq çox böyük şeylər ummaq, imkanı, ləyaqəti xaricində olan şeylərin arzusunda olmaq. [Teymur:] Yox, aşna, iştahan çox böyükdür. Inanmıram, bu qədər verə. “M.N.lətif.”. İştahası çəkmək - ürəyi istəmək, meyli olmaq. Islam gülə-gülə yavaş səslə [Telliyə] deyirdi: - Ay qız, gic olma!.. Çox vaxt adam yağlı plovdan çiyrənər, iştahası soğançörəkyemək çəkər. S.Hüseyn. İştahası küsmək (bağlanmaq, pozulmaq, tutulmaq) bu və ya başqa bir səbəb üzündən yemək istəməmək, yeməkdən qalmaq, ürəyi heç bir şey istəməmək. Qarabaş bildi ki, Əhmədin fikri Pəri Soltanı narahat eləyib, iştahı bağlanıb. (Nağıl). [Qurban:] Di yaxşı, gəl götür, iştahım tutulub, yeyə bilmirəm. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|