İŞVƏLİsif. Nazlı, qəmzəli, cilvəli, şux, dilbər. Işvəli qız. Işvəli gəlin. Işvəli təbəssüm. - Ah sevgili nigar, sən qal indi! Ey işvəli yar, sən qal indi! Xətayi. Dolanım başına, ey nazlıca yarım, bəri bax; Işvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax. S.Ə.Şirvani. Əminə iyirmi yaşında idi, gözləri anasınınkı kimi sakit və kədərli deyildi, oynaq və işvəli idi. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|