İzahlı lüğət

İSHALOTU (ID - 19341)

İSIRQA (ID - 19342)

is. tib. Boğazda, qulaq ardında səpgili dəri xəstəliyi.

İSİM (ID - 19343)

is. [ər.] 1. köhn. Ad. Hökmün Malik Əjdər, ismindir Ədhəm: Didələrim qan-yaş tökər dəmadəm. Aşıq Abas. [Rəcəbli:] Isminiz nədir? [Mirzə Heydər:] Ismim Heydərdir. Ə.Haqverdiyev. [Zabit:] Orada isimləri yazılı məhbusları bənə...

İSİMLƏŞMƏ (ID - 19344)

“İsimləşmək” dən f.is.

İSİMLƏŞMƏK (ID - 19345)

f İsim kimi işlənmək, isim yerini tutmaq, əşyalaşmaq.

İSİNDİRMƏ (ID - 19346)

“İsindirmək” dən f.is.

İSİNDİRMƏK (ID - 19347)

f 1. Qızdırmaq. Suyu isindirmək. Evi isindirmək. // Məc. mənada. Mən səni ürəyimdə; Isindirən bir qızam. M.Rahim.
2. məc. Özünə öyrətmək, özünə alışdırmaq, isinişdirmək, bağlamaq. Dursun birinci gündən yalnız Güllüsünü...

İSİNİKLİ (ID - 19348)

sif Tez isinişən, tez alışan, tez öyrəşən, istiqanlı. Isinikli uşaq. - [Bənövşə:] Isinikli adamsan, səndən incimək olmaz. M.İbrahimov.

İSİNİŞDİRİLMƏ (ID - 19349)

“İsinişdirilmək” dən f.is.

İSİNİŞDİRİLMƏK (ID - 19350)

məch. Özünə alışdırılmaq, özünə öyrədilmək.

İSİNİŞDİRMƏ (ID - 19351)

“İsinişdirmək” dən f.is.

İSİNİŞDİRMƏK (ID - 19352)

bax isindirmək 2-ci mənada. Qız uşağını da öyrətmək, isinişdirmək olar. Mir Cəlal.

İSİNİŞMƏ (ID - 19353)

“İsinişmək” dən f.is.

İSİNİŞMƏK (ID - 19354)

1. qarş. Bir-birinə alışmaq, bir-birinə öyrəşmək, bir-birinə bağlanmaq.
f Öyrəşmək, alışmaq, bağlanmaq. ..Zira ki [Əzim] hər kəsdən qaçır, kimsəyə isinişmək istəmirdi. A.Şaiq. [Dərviş:] Dayı, bir az da qal, şəhər...

İSİNMƏ (ID - 19355)

“İsinmək” dən f.is.

İSİNMƏK (ID - 19356)

f. 1. Qızmaq, hərarəti artmaq. Gün çıxdı, hava isindi. - Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa. C.Məmmədquluzadə. Birdən [Cavadın] keçə çəkməli ayağı isindi. O, ayağına baxdı. Yaralanmışdı....

İSİTMƏ (ID - 19357)

1. “İsitmək” dən f.is.
2. Qızdırma, titrətmə-qızdırma, malyariya. Ağcaqanadın müxtəlif növləri isitmə törədicilərini insana keçirir.

İSİTMƏK (ID - 19358)

f. 1. İsti eləmək, isti hala gətirmək, qızdırmaq. Suyu isitmək. Xörəyi isitmək. - Toxta, balacığım, qoy donmuş canını bir isidim. S.S.Axundov. Tahir motoru isidib işə salanda [qızı] bir də səsləməyə məcbur oldu.. M.Hüseyn....

İSİTMƏLİ (ID - 19359)

sif. 1. İsitmə xəstəliyi olan, isitmə çəkən, titrədib-qızdıran. İsitməli adam. // İs. mənasında. İsitməlilərə kinə iynəsi vurmaq. İsitməlilərə məxsus palata.
2. İsitmə xəstəliyi yayılmış. İsitməli yerlər.
isitmə1i-isitmə1i...

İSKAMYA, İSKƏMLƏ (ID - 19360)

[fr. “escabelle” dən] köhn. b a x skamya. Bəli, Frebel üsulu ilə qayrılan məktəb iskamyalarını bir-iki dəqiqənin ərzində çəkdilər kənara. C.Məmmədquluzadə. Bir səhər bir müəllim məktəbin həyətində olan iskamyanın üstündə...

İSKƏLƏ (ID - 19361)

is. [ital.] Dənizdə, göldə gəmilərin yanaşması üçün körpü. Qaraşəhər iskələsində yan-yana durmuş qayıqlar dolur, boşalırdı. A.Şaiq. Paroxodun hərəkətinə yarım saat qalmış [Sarıköynəyi] evdən alıb iskələyə gətirdim....

İSKƏNCƏ (ID - 19362)

is. Xışı boyunduruqla birləşdirən ağac.

İSKƏNCƏBİ (ID - 19363)

is. [fars.] Şirni ilə sirkənin qarışdırılmasından hazırlanan şərbət. Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olar iskəncəbi ilə, lumulu çay ilə. C.Məmmədquluzadə. Buzlu şərbət, iskəncəbi qonaqların sevimli...

İSKƏNƏ (ID - 19364)

is. Dayaz oyuqlar açmaq, kəsmək, yonmaq və təmizləmək üçün yastı polad alət.

İSKƏNƏLƏMƏ (ID - 19365)

“İskənələmək” dən f.is.

İSKƏNƏLƏMƏK (ID - 19366)

f. İskənə ilə oyuq açmaq, yaxud yonmaq.

İSKƏNƏLƏNMƏ (ID - 19367)

“İskənələnmək” dən f.is.

İSKƏNƏLƏNMƏK (ID - 19368)

məch. İskənə ilə oyuq açılmaq.

İSKİTLƏR (ID - 19369)

bax skiflər. [Çopo:] ..Sərkərdəsiz iskitlər qoyun sürüsü kimidir. Çəmənzəminli.

İSLADILMA (ID - 19370)

“İsladılmaq” dan f.is.

İSLADILMAQ (ID - 19371)

məch. İslaq hala gətirilmək, yaş edilmək.

İSLADILMIŞ (ID - 19372)

f.sif. İslaq hala salınmış, yaş edilmiş. // Canına su və ya başqa maye hopdurulmuş.

İSLAH (ID - 19373)

is. [ər.] Qüsur və nöqsanlarını aradan qaldıraraq yaxşı hala salma, yaxşılaşdırma, düzəltmə, yaxşılaşdırılma, düzəldilmə, düzəlmə. Həzrət Əşrəf bilir ki, maarif nəqliyyat, ziraət, ticarət və sair işlərimizin islaha...

İSLAHAT (ID - 19374)

is. [ər. “islah” söz. cəmi] Bir şeyi yaxşılaşdırmaq məqsədi ilə edilən əsaslı dəyişiklik. Əlifba islahatı. Pul islahatı.
..Biz camaat işlərinə qatışıb islahat əmələ gətirmək istədikdə iki məqsədin dalına düşürük.....

İSLAHATÇI (ID - 19375)

is. 1. İslahat aparan adam; reformator. [Rüstəm bəy:] Lüter və Kalvin kimi din islahatçıları olmuş. Yeni din uyduran olmamışdır. Çəmənzəminli. [Nərimanov] Nadirin simasında öz dövrünün islahatçı qəhrəmanını yaratmağa çalışmışdır....

İSLAHATÇILIQ (ID - 19376)

is. İnqilabi, sinfi, siyasi mübarizəni inkar edərək, xırda islahatla kifayətlənmə siyasəti; reformizm.

İSLAHEDİCİ (ID - 19377)

sif. Düzəldən, yaxşılaşdıran, yaxşı hala salan. Islahedici tədbirlər. Islahedici gülüş.

İSLAHEDİLMƏZ (ID - 19378)

b a x islaholunmaz.

İSLAHEDİLMƏZLİK (ID - 19379)

bax islaholunmazlıq.

İSLAHXANA (ID - 19380)

[ər. islah və fars. xanə] bax islah evi (“islah”da).

İSLAHOLUNMAZ (ID - 19381)

sif: İslah edilə bilməyən, düzəlməsi çətin olan. Islaholunmaz adam.

İSLAHOLUNMAZLIQ (ID - 19382)

is. İslah edilə bilməmə, düzəldilə bilməmə; islah oluna bilməyən adamın hal və keyfiyyəti.

İSLAHPƏZİR (ID - 19383)

sif. [ər. islah və fars. ...pəzir] köhn. İslah oluna bilən, düzəlməsi mümkün olan.

İSLAQ (ID - 19384)

sif. Yaş, sulu, nəm, suda qalıb və ya üstünə su tökülüb islanmış. Islaq paltar. Islaq torpaq. Islaq yarpaqlar. - Şən qəhqəhələrlə islaq otların arasından [Aslan bəylə Qəmər] çiyələk dərib yeyirdilər. A.Şaiq. Ayna islaq başını...

İSLAQLIQ (ID - 19385)

is. İslaq şeyin halı; yaşlıq, nəmlik, rütubətlilik.

İSLAM (ID - 19386)

is. [ər.] VII əsrdə Məhəmməd peyğəmbər tərəfindən təsis edilmiş din; müsəlmanlıq. ..Islam dininin aydın əsas mətni olan Qurani-Məcid .. həm də tanınmış peyğəmbərlərin və kəramət başçılarının əhvalatını əhatə...

İSLAMİYYƏT (ID - 19387)

is. [ər.] İslam dini; müsəlmanlıq. Azərbaycanlılar hələ islamiyyətdən daha əvvəl .. öz azadlıq yollarında bitən maneələri məhv etməklə məşğul olmuşdu(lar). M.S.Ordubadi. [Naşad:] Bu, böyük bir ixtiyardır ki, islamiyyət...

İSLAMLIQ (ID - 19388)

is. İslam dininə mənsub olma; müsəlmanlıq. [Sönməz:] [Ərəblər] xalqı .. islamlığa çevirir, iman gətirməyənin dilini kəsirlər. C.Cabbarlı.

İSLAND, İSLANDİYALI (ID - 19389)

is. İslandiya əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Danimarka ağalığı islandların milli inkişafını xeyli ləngitdi. Islandiyalılar Norveçdən köçüb gəlmiş qədim skandinaviyalıların nəsilləridir.

İSLANDCA (ID - 19390)

sif. və zərf İsland dilində. Islandca danışmaq. Islandca kitab.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed