İzahlı lüğət

İSLAHAT

is. [ər. “islah” söz. cəmi] Bir şeyi yaxşılaşdırmaq məqsədi ilə edilən əsaslı dəyişiklik. Əlifba islahatı. Pul islahatı.
..Biz camaat işlərinə qatışıb islahat əmələ gətirmək istədikdə iki məqsədin dalına düşürük.. Ü.Hacıbəyov. Rzaqulu xanın Iranda başlamaq istədiyi islahat ən əvvəl öz atasından qalmış 60 para kəndlərindən başlandı. M.S.Ordubadi. Artıq burada biz bütün islahat və tərəqqi planlarında Azərbaycanın yad edildiyini görürdük. M.İbrahimov.
□□ İslahatdan düşmək dan. - yararsız hala düşmək; kardan düşmək: yıpranmaq. Ayaqqabı islahatdan düşüb. Pencək islahatdan düşüb. Əlcək islahatdan düşüb. İslahatdan salmaq dan. - tamam korlamaq, yararsız hala salmaq, əldən salmaq. Paltarını islahatdan salıb.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed