İzahlı lüğət

İRADƏLİLİK (ID - 19191)

is. Möhkəm iradəyə malik olma, iradəcə möhkəmlik; səbatlılıq.

İRADƏSİZ (ID - 19192)

sif. İradəsi olmayan, iradəsi zəif, qətiyyətsiz. Zeynal iradəsiz bir gəncdi. S.Hüseyn.

İRADƏSİZLİK (ID - 19193)

is. İradəsi olmayan adamın hal və keyfiyyəti; iradə zəifliyi, qətiyyətsizlik. Toğrul artıq hökumət işlərindəki dəyərsizliyini və həddindən artıq zəiflik və iradəsizliyini göstərdi. M.S.Ordubadi. [Mahmud] iradəsizlik etsə,...

İRADƏT (ID - 19194)

[ər.] klas. Arzu, istək, könüldən gələn razılıq. Öz iradəti ilə (öz razılığı ilə). Hüsn afəti-eşq olub dəmadəm; Gəldikcə iradət oldu möhkəm. Füzuli. Durmuşam eyni iradətlə yenə; Baxıram kuyinə həsrətlə yenə. M.Ə.Sabir....

İRADİ (ID - 19195)

sif. İradəyə aid, iradədən asılı olan, iradə ilə bağlı olan; ixtiyari. Iradi hərəkət.

İRADSIZ (ID - 19196)

sif. Heç bir iradı, nöqsanı olmayan; nöqsansız, qüsursuz, eyibsiz. Iradsız iş. Iradsız əsər. Iradsız adam olmaz.

İRADSIZLIQ (ID - 19197)

is. Nöqsansızlıq, qüsursuzluq, eyibsizlik.

İRAQ (ID - 19198)

zərfi Uzaq, uzaqda. Iraq olmaq. Iraq durmaq. - Gül əkdim, şaxta vurdu; Nə yaman vaxtda vurdu; Bimürvət ovçu məni; Yardan iraqda vurdu. (Bayatı). Mürği-ruhum getməz səndən irağa. Aşıq Ələsgər. İraq düşmək - uzaq düşmək, ayrılmaq,...

İRAQLAŞDIRILMA (ID - 19199)

“İraqlaşdırılmaq” dan f.is.

İRAQLAŞDIRILMAQ (ID - 19200)

məch. Uzaqlaşdırılmaq.

İRAQLAŞDIRMA (ID - 19201)

“İraqlaşdırmaq” dan f.is.

İRAQLAŞDIRMAQ (ID - 19202)

f. Uzaqlaşdırmaq.

İRAQLAŞMA (ID - 19203)

"İraqlaşmaq” dan f.is.

İRAQLAŞMAQ (ID - 19204)

f Uzaqlaşmaq.

İRAQLIQ (ID - 19205)

is. Uzaqlıq, uzaqda olma. Mənim qanıma girmə, ey pəri, kim; Iraqlıqdan gözüm qan ağlar oldu. Kişvəri.

İRANLI (ID - 19206)

is. və sif İran əhalisindən olan; İran vətəndaşı, İran təbəəsi.

İRANŞÜNAS (ID - 19207)

is. [fars.] İranşünaslıq mütəxəssisi.

İRANŞÜNASLIQ (ID - 19208)

is. İran dilləri və mədəniyyətini öyrənən elmlərin məcmusu; İran filologiyası.

İRBİS (ID - 19209)

is. zool. Qar bəbiri, pişikkimilər fəsiləsindən məməli yırtıcı heyvan.

İRÇAL (ID - 19210)

dan. bax riça1. Armud irçalı .. indi istədiyin qədər taparsan. Ə.Əbülhəsən.

İRÇƏ (ID - 19211)

is. məh. Qəlib. Zərgər irçəyi.

İRDƏLƏMƏK (ID - 19212)

f. məh. Təmizləmək, arıtmaq. Taxılı irdələmək. Meyvəni irdələmək.

İRƏLİ (ID - 19213)

zərf 1. Hərəkətin istiqamətinə görə qabağa, qabaq tərəfə (geri əksi). İrəli yerimək. İrəliyə addımlamaq. İrəli çıxmaq. İrəli sürmək. - Qaraca qız isə irəli gəlib öz dostunun zəhərlənmiş qanını sorur. S.S.Axundov....

İRƏLİCƏ (ID - 19214)

zərf Qabaqca, öncə; irəlicədən. Irəlicə kim dedi?

İRƏLİCƏDƏN (ID - 19215)

zərf Qabaqcadan, əvvəlcədən. Gəlməyəcəyini irəlicədən bildirdi. Iclas gününü irəlicədən bildirmək.

İRƏLİDƏKİ (ID - 19216)

zərf 1. Qabaqda olan, öndə olan; qabaqdakı, öndəki. Irəlidəki yol. Irəlidəki ev. Irəlidəki adam. - Keşlə yaxınlığında qatarımız dayanmağa məcbur oldu; irəlidəki qatar qəzaya uğramışdı.. S.Hüseyn.
2. Sonra gələcək,...

İRƏLİDƏN (ID - 19217)

zərf 1. Qabaqdan, qabaq tərəfdən, öndən, qarşıdan. Irəlidən bir atlı çıxdı.
2. Qabaqcadan, irəlicədən. Irəlidən xəbər vermək lazımdır.

İRƏLİ-GERİ (ID - 19218)

zərf 1. Bir tərəfdən o biri tərəfə, bu başdan o başa və əksinə; dalaqabağa. Qaldırıcı maşınların yüz metr hündürlüyündə polad vışkaları .. irəli-geri hərəkət edir. (Qəzetlərdən).
2. Başlanğıc-son, əvvəl-son....

İRƏLİKİ (ID - 19219)

sif Qabaqkı, (bundan) əvvəlki, ...əvvəl olmuş; keçmiş. Irəliki məqalələrimizdən “Tərəqqi “nin hörmətli oxucuları gördülər ki, əsillərindən o dərəcədə uzaqda və kənarda durmayıblar. F.Köçərli. [Hafizə xanım:] De...

İRƏLİLƏMƏ (ID - 19220)

1. “İrəliləmək” dən f.is.
2. İrəliləyiş, yüksəliş, tərəqqi, inkişaf. Xalq ədəbiyyatının dilində də böyük bir irəliləmə görünürdü. M.İbrahimov.

İRƏLİLƏMƏK (ID - 19221)

f 1. Qabağa doğru hərəkət etmək, irəli getmək, yerimək. Maşın evə doğru irəliləyirdi. O, yoldaşına tərəf irəlilədi. - [Ceyran] ağır və yorğun addımlarla irəliləyirdi. S.Hüseyn. [Qəhrəman:] Bizimkilər irəliləyəndə mən...

İRƏLİLƏTMƏ (ID - 19222)

“İrəlilətmək” dən f.is.

İRƏLİLƏTMƏK (ID - 19223)

f 1. Durduğu yerdən bir qədər qabağa itələmək, qabağa çəkmək. Stulu bir az irəlilətmək.
2. İnkişaf etdirmək, tərəqqisini sürətləndirmək. “Molla Nəsrəddin” nəinki Azərbaycan ədəbiyyatını, həm də Azərbaycan jurnalistikasını...

İRƏLİLƏYİŞ (ID - 19224)

is. İrəliləmə, tərəqqi, inkişaf, irəliyə doğru hərəkət, nailiyyət, yüksəliş. Bu tayda isə müqayisə olunmaz dərəcədə böyük irəliləyiş olmuşdur. M.İbrahimov. Altı ay çəkmədi, məktəbdə böyük bir irəliləyiş göründü....

İRƏLİLİK (ID - 19225)

is. Hər hansı bir işdə irəlidə olma, irəlidə getmə; qabaqcıllıq, tərəqqi, inkişaf.

İRƏM (ID - 19226)

is. [ər.] Şamda, yaxud Yəməndə olduğu rəvayət edilən əfsanəvi bir bağçanın adı olub klassik ədəbiyyatda və folklorda “behişt, cənnət” mənasında işlənmişdir. Xoş nəğmələnib bülbüli-şeyda ötər oldu; Açıldı irəmlər....

İRƏMƏ (ID - 19227)

is. Yer səthindən azacıq hündür olan yer; təpə, dikdir. Irəmələr, ay irəmələr; Qoynunda kəkliklər mələr. (Mahnı). ..Irəmələrdəki kəklik, taxılların içindəki turac və bildirçin .. nadir quşlardır. Ə.Vəliyev. Doluxsunmuş...

İRƏŞ (ID - 19228)

məh. bax anac 1-ci mənada. Irəş toyuq.

İRƏŞMƏ, İRƏŞT (ID - 19229)

is. Atın başına bağlanan nazik ip. Bir az gedəndən sonra Süleyman atının irəştini düzəltmək bəhanəsi ilə düşüb geridə qaldı və quldur getdi qabağa. Ə.Haqverdiyev. Oğlan yəhərin qaşına bağlanmış uzun irəşməni açdı,...

İRFAN (ID - 19230)

is. [ər.] 1. Bilik, məlumat; oxumaq və zehin işlətmək nəticəsində hasil olan yetkinlik, kamillik.
2. Mədəniyyət, maarif. Indidən tərbiyə qıl baği-dili; Bitsin ol bağçada irfan güli. M.Hadi. Qanan kim, qandıran kim, nəşri irfan...

İRFİDƏ (ID - 19231)

is. Açılmış kündəni təndirə yapmaq üçün alət.

İRGƏNCİ (ID - 19232)

sif İyrənc.

İRİ (ID - 19233)

sif. 1. Həcmcə, ölçücə, cüssəcə böyük, yekə; cüssəli, həcmli. Iri qazan. Iri bədən. Iri əl. Iri uşaq. Iri fındıq. - [Xanım] uzun, mütənasib boylu, sağlam bədənli, iri qara gözlü bir qadın idi. H.Nəzərli. [İzzət qarı...

İRİBAŞ(LI) (ID - 19234)

sif Başı iri olan. Iribaşlı adam. Iribaş soğan (turp).

İRİBAŞLILIQ (ID - 19235)

is. Başı iri adamın, ya heyvanın halı.

İRİBƏDƏNLİ (ID - 19236)

sif. Bədəni iri olan, bədəncə yekə. Iribədənli adam.

İRİBURUN(LU) (ID - 19237)

sif Burnu iri olan.

İRİBUYNUZLU (ID - 19238)

sif Buynuzları iri olan. Iribuynuzlu camış.

İRİCƏ (ID - 19239)

sif Çox iri, yaxud nisbətən iri. Iricə ağac. Iricə daş.

İRİÇİÇƏK(Lİ) (ID - 19240)

sif Çiçəkləri iri olan. Iriçiçək üskükotu.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed