İzahlı lüğət

İRİ

sif. 1. Həcmcə, ölçücə, cüssəcə böyük, yekə; cüssəli, həcmli. Iri qazan. Iri bədən. Iri əl. Iri uşaq. Iri fındıq. - [Xanım] uzun, mütənasib boylu, sağlam bədənli, iri qara gözlü bir qadın idi. H.Nəzərli. [İzzət qarı və Qumru] obaya çatarkən çobanlar ayağa qalxıb iki iri daş gətirdilər. Ə.Məmmədxanlı. // Böyük, geniş, vüsətli. Iri zal. Iri həyət.
Sayca çoxlu, külli miqdarda olan. Iri dəstə. Iri qoşun birləşməsi. □ İri addım geniş addım. İri bloklar xüs. - bina tikilişində istifadə edilən çox böyük həcmli beton daşlar. İri kapital - 1) böyük müəssisələrin sahibləri və inhisarları; 2) çox külli miqdarda pul. İri məbləğ - çoxlu pul. İri mülkədar (sənayeçi, tacir və i.a.) - böyük ölçüdə xüsusi mülkiyyətə sahib olan mülkədar (sənayeçi, tacir və i.a.). İri pul - üstündə böyük dəyər yazılmış pul.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed