İRƏLİLƏMƏKf 1. Qabağa doğru hərəkət etmək, irəli getmək, yerimək. Maşın evə doğru irəliləyirdi. O, yoldaşına tərəf irəlilədi. - [Ceyran] ağır və yorğun addımlarla irəliləyirdi. S.Hüseyn. [Qəhrəman:] Bizimkilər irəliləyəndə mən yoldaşlarımla bir az asudə nəfəs alırdıq. H.Nəzərli. Tahir evlərdən bir az kənar yol tutub, tanış həyətlərə göz gəzdirir, qohum-əqrəbaya rast gələcəyini düşünə-düşünə irəliləyirdi. M.Hüseyn.
2. Tərəqqi etmək, inkişaf etmək, müvəffəqiyyət qazanmaq, artmaq. ..Tənqid realizm .. metodu ilə irəliləməyimizdə günəş kimi zəruridir. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|