İRƏMƏis. Yer səthindən azacıq hündür olan yer; təpə, dikdir. Irəmələr, ay irəmələr; Qoynunda kəkliklər mələr. (Mahnı). ..Irəmələrdəki kəklik, taxılların içindəki turac və bildirçin .. nadir quşlardır. Ə.Vəliyev. Doluxsunmuş buludlara qan çilənir elə bil; Dalır axşam sükutuna o irəmə, o sahil. Ə.Cəmil.
Paylaşın - Hamı bilsin
|