İBTİDAİ (ID - 18090)sif 1. Başlanğıca aid, ən əvvəl olan; ilk. Küçələrdə və meydançalarda gördüyünüz yaralılara ibtidai yardım [ediniz]. M.S.Ordubadi. Hələ mükəmməlləşməmiş, inkişaf etməmiş. Ibtidai həyat. - Həsən bəy inkişaf etməmiş,...
|
İBTİDAİLƏR (ID - 18091)is. zool. Birhüceyrəli heyvanlar qrupu.
|
İBTİDAİLİK (ID - 18092)is. İbtidai halda olma, ilk mərhələdə olma. // İlkinlik.
|
İBTİDASIZ (ID - 18093)sif. İbtidası, başlanğıcı olmayan.
|
İBTİLA (ID - 18094)is. [ər.] Bir şeyə xəstəlik dərəcəsində mübtəla olma; mübtəlalıq, düşkünlük. Demək, Ələkbər yoldaş yenə də Hacı xanla qumar oynamış imiş. Onlar ikisi də ibtiladan yaxalarını qurtara bilmirlərdi. M.S.Ordubadi. Mirzağa...
|
İCAB (ID - 18095)[ər.]: icab etmək kit. - lazım olmaq, lazım gəlmək: vacib, labüd, zəruri olmaq. Həqiqi inqilab nə qədər ki, dedikcə, böyük bir əmrdir, bu böyük əmri yerinə yetirmək üçün də .. amal və əfkarı uca olan adamların meydana çıxması...
|
İCAD (ID - 18096)is. [ər.] Vücuda gətirmə (gətirilmə), yoxdan var etmə (edilmə), yaratma (yaradılma), düzəltmə (düzəldilmə); ixtira (etmə), kəşf (etmə). Radionun icadı. Telefonun icadı. Hürufatın icadı. Yeni icad (yeni çıxmış şey, yeni ixtira)....
|
İCARƏ (ID - 18097)is. [ər.] Müəyyən şərtlər əsasında daşınmaz əmlakın müvəqqəti istifadəyə verilməsi, ya alınması; kirə. İcarə haqqı. İcarə kağızı. İcarə şərtləri. - [Kərbəlayı Qulam:] Hacı, özünüz bilirsiniz ki, mərhum Ağa Heydərin...
|
İCARƏÇİ (ID - 18098)bax icarədar.
|
İCARƏDAR (ID - 18099)is. [ər. icarə və fars. ...dar] Birinin mülkünü və s.-ni icarəyə götürən adam. Kişi də hacının yuxarı baş karvansarasının icarədarıdır. P.Makulu.
|
İCARƏDARLIQ (ID - 18100)is. İcarəyə götürmə, kirə etmə.
|
İCARƏLƏMƏ (ID - 18101)“İcarələmək” dən f.is.
|
İCARƏLƏMƏK (ID - 18102)f İcarəyə götürmək, kirələmək. Torpaq icarələmək.
|
İCARƏLƏNMƏ (ID - 18103)“İcarələnmək” dən f.is.
|
İCARƏLƏNMƏK (ID - 18104)məch. İcarəyə (kirəyə) götürülmək; kirələnmək. Torpaq icarələnib.
|
İCARƏNAMƏ (ID - 18105)is. [ər. icarə və fars. ...namə] İcarəyə almaq və ya vermək haqqında yazılı sənəd; icarə kağızı.
|
İCAZƏ (ID - 18106)is. [ər.] 1. İzin, rüsxət, ixtiyar. İcazə almaq. İcazə istəmək. İcazə vermək. Kargüzar qardaşına toy eləmək üçün icazə alıb, kəndə getmişdi. S.Rəhman.
2. İcazənamə, icazə vərəqəsi. İcazənizi göstərin. |
İCAZƏLİ (ID - 18107)sif İcazə verilmiş, rüsxət verilmiş, icazə almış, bir şeyi etməyə icazəsi olan.
|
İCAZƏNAMƏ (ID - 18108)is. [ər. icazə və fars. ...naməj Bir yerə daxil olmaq və ya bir iş üçün verilən icazə vərəqəsi; rüsxətnamə. Bütün müxbirlərin icazənamələri bir yerdə imzalanıb. Ə.Məmmədxanlı.
|
İCAZƏSİZ (ID - 18109)zərf İzinsiz, rüsxətsiz, icazə olmadan, icazə almadan. Icazəsiz danışmaq. Icazəsiz getmək. Icazəsiz götürmək. - Əminə ərindən icazəsiz qızıl verib, iki nəfərin dəvəsini almış(dı). Ə.Əbülhəsən.
|
İCAZƏT (ID - 18110)klas. bax icazə 1-ci mənada. İcazət olunmaq - icazə verilmək, izin verilmək. Şah buyurdu ki,.. bu məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasımz. M.F.Axundzadə. Divan-dərəni bəndə çəkib aldı dübarə;...
|
İCBAR (ID - 18111)is. [ər.] Cəbr etmə, məcbur etmə; öz razılığı, arzusu olmadan bir işə sövq etmə. İcbar etmək - məcbur etmək.
|
İCBARİ (ID - 18112)sif Məcburi. Ümumi icbari təhsil.
// İstəməyərək, güclə. |
İCBARİLİK (ID - 18113)is. Məcburilik.
|
İCLAS (ID - 18114)is. [ər.] Bir məsələni müzakirə etmək üçün hər hansı bir təşkilat üzvlərinin bir yerə yığılması; yığıncaq. Fəallar iclası. Valideynlər iclası. Iclas salonu. - O günün sabahı iclasdan əvvəl qurultay binasında təşkil...
|
İCLASÇI (ID - 18115)is. Məhkəmə iclasında iştirak edən xalq nümayəndəsi.
|
İCLASÇILIQ (ID - 18116)is. İclasçı işi, iclasçı vəzifəsi.
|
İCLASBAZ (ID - 18117)is. [ər. iclas və fars. ...baz] İclası, iclas etməyi çox sevən adam (mənfi mənada işlənir).
|
İCLASBAZLIQ (ID - 18118)is. Çox iclas çağırma, çox iclas etmə; iclas etməyi, çox iclasa getməyi sevmə (mənfi mənada işlənir).
|
İCMA (ID - 18119)is. [ər.] 1. Qədimdə: hər hansı bir ərazi daxilində yaşayan əhalinin özünüidarə hüququna malik birliyi, təşkilatı. Şəhər icması. Qədim Rusiyada kəndli icması.
2. köhn. Cəmiyyət, təşkilat, məclis, ittifaq. Dini icma.... |
İCMAL (ID - 18120)is. [ər.] 1. Qısa məlumat, bir məsələnin ümumi şəkildə qısaca şərhi; xülasə. İcmal vermək - xülasə etmək. Təfsili-qəminə verdi icmal; Qıldı ona ərzi-surəti-hal. Füzuli.
2. Qəzetlərdə günün siyasi hadisələrini ümumi... |
İCMALÇI (ID - 18121)is. İcmal yazan jurnalist, icmal müəllifi (bax icmal 2-ci mənada).
|
İCMALƏN (ID - 18122)zərf [ər.] köhn. Qısaca, müxtəsər, xülasə şəklində.
|
İCRA (ID - 18123)is. [ər.] Bir işin, qərarın, hökmün və s.-nin yerinə yetirilməsi, həyata keçirilməsi. Icranı yoxlamaq. Göstərişin icrasına çalışmaq. - [Yusif şah] naçar ümuri-səltənətin icrasına iqdam etdi. M.F.Axundzadə. Balacayev bu gün...
|
İCRAÇI (ID - 18124)is. 1. Bir qərarı, hökmü, əmri, göstərişi icra edən, əməli surətdə yerinə yetirən, həyata keçirən adam. Hüsaməddin kimi adamlar onun fikrinin icraçılarıdır. M.S.Ordubadi. // Sif. mənasında. [Yunis] əvvəl icraçı mühəndis,...
|
İCRAEDİCİ (ID - 18125)bax icraçı. İcraedici orqanlar.
|
İCRAİYYƏ (ID - 18126)icraiyyə komitəsi - hökumət qərarlarını həyata keçirmək, bir şeyi əməli surətdə idarə etmək vəzifəsini həyata keçirən orqanların adı. Rüstəm kişi .. rayon icraiyyə komitəsi sədrinin yanına getməyi qərara aldı. M.İbrahimov....
|
İCRAKOM (ID - 18127)is. [ər. icra və fr. comite] İcraiyyə komitəsinin qısaldılmış adı. İcrakomun sədr müavini qırmızı karandaşı naxışlı qələmdandan çəkib, vacib görkəm aldı. B.Bayramov.
|
İCRASIZ (ID - 18128)sif və zərf Yerinə yetirilməmiş, əməl edilməmiş, həyata keçirilməmiş. Evdə uşaq heç bir rejimə tabe olmadan yaşayarsa, məktəbin verdiyi tapşırıqlar da icrasız qalar. “Az. qad.”
|
İCRƏT (ID - 18129)is. [ər.] köhn. 1. Görülən iş üçün verilən haqq (pul), muzd (maaş), zəhmət haqqı. [Hacı Rəcəbəli:] Ağa Mərdan, uşaqların icrətini məlum elə! M.F.Axundzadə. Vəliquluya və Zibaya Xudayar bəy o qədər icrət təyin elədi ki,...
|
İCTİHAD (ID - 18130)is. [ər.] klas. 1. Cidd-cəhd, var gücü ilə çalışma, səy etmə, çalışıb-çapalama. □ İctihad etmək köhn. - gücü çatdıqca çalışmaq, səy etmək, əlləşmək. ..Elə güman eliyirdim ki, bunların içində yenə heç olmasa minlərcə...
|
İCTİMAİ (ID - 18131)sif. [ər.] 1. İnsan cəmiyyətinə aid olan. İctimai quruluş. İctimai inkişaf qanunları. // Cəmiyyətdə insanların həyat və münasibəti ilə bağlı olan, cəmiyyətdə cərəyan edən, cəmiyyətdə törəyən, cəmiyyətin həyatına aid...
|
İCTİMAİLƏŞDİRİLMƏ (ID - 18132)“İctimailəşdirilmək” dən f.is. İstehsal vasitələrinin ictimailəşdirilməsi. Torpağın ictimailəşdirilməsi.
|
İCTİMAİLƏŞDİRİLMƏK (ID - 18133)məch. Fərdilikdən, xüsusilikdən çıxarılıb, cəmiyyətin, kollektivin ixtiyarına verilmək; ümumiləşdirilmək, ellikləşdirilmək.
|
İCTİMAİLƏŞDİRİLMİŞ (ID - 18134)f.sif. Fərdilikdən, xüsusilikdən çıxarılıb, cəmiyyətin, kollektivin ixtiyarına verilmiş; ümumiləşdirilmiş, ellikləşdirilmiş. Ictimailəşdirilmiş təsərrüfatlar. Ictimailəşdirilmiş torpaqlar.
|
İCTİMAİLƏŞDİRMƏ (ID - 18135)“İctimailəşdirmək” dən f.is.
|
İCTİMAİLƏŞDİRMƏK (ID - 18136)f Dağınıq, fərdi, xüsusi təsərrüfatı, istehsal vasitələrini, təsərrüfat obyektlərini və s.-ni ictimai kollektiv, təsərrüfat halına gətirmək; ümumiləşdirmək, ellikləşdirmək. Istehsal alət və vasitələrini ictimailəşdirmək....
|
İCTİMAİLƏŞMƏ (ID - 18137)“İctimailəşmək” dən f.is.
|
İCTİMAİLƏŞMƏK (ID - 18138)f Fərdilikdən, xüsusilikdən çıxıb ümumiləşmək, cəmiyyətin mülkiyyətinə keçmək, ellikləşmək.
|
İCTİMAİLİK (ID - 18139)is. İctimai xarakterdə olma; ümumilik, kollektivlik.
|
Bu səhifə dəfə baxılıb