İCRAis. [ər.] Bir işin, qərarın, hökmün və s.-nin yerinə yetirilməsi, həyata keçirilməsi. Icranı yoxlamaq. Göstərişin icrasına çalışmaq. - [Yusif şah] naçar ümuri-səltənətin icrasına iqdam etdi. M.F.Axundzadə. Balacayev bu gün Gülöyşə vasitəsilə Rüxsarəyə tapşırıq verməyi və sonra da belə bir şahidin iştirakı ilə icrasını yoxlamağı qərara almışdı. S.Rəhimov. □ İcra etmək - yerinə yetirmək, həyata keçirmək, əməl etmək. [Dursun] öhdəsinə mühəvvəl olan işləri qeyrətlə icra edirdi. A.Şaiq. Istər arvadı Nigar, istər çocuqları [Muradın] bütün əmr və tələblərini düşünmədən icra edər, onun sözündən çıxmazdılar. S.Hüseyn.
□□ İcra vərəqəsi hüq. - məhkəmənin hökmünü və ya qərarını həyata keçirmək üçün sənəd. Paylaşın - Hamı bilsin
|