İzahlı lüğət

İCAD

is. [ər.] Vücuda gətirmə (gətirilmə), yoxdan var etmə (edilmə), yaratma (yaradılma), düzəltmə (düzəldilmə); ixtira (etmə), kəşf (etmə). Radionun icadı. Telefonun icadı. Hürufatın icadı. Yeni icad (yeni çıxmış şey, yeni ixtira). // Uydurma. O necə xəstəlikdir, - dedim, - kimin icadıdır? Mir Cəlal. □ İcad etmək (eləmək) - vücuda gətirmək, yoxdan var etmək, yaratmaq. Parlaq günəşin həsrəti ruyinlə gözümdən; Qanyaş axıdıb Dəclələr icad edərəm mən. Heyran xanım. // İxtira etmək. Mən sizin üçün lap təzə bir xörək icad eləmişəm. “Mol. Nəsr.”. O hansı elmdir ki, icad etdi telefonu? M.Möcüz. Yəqin bu ekskavatoru icad edənlər onun ağırlığını, həcminin iriliyini nəzərə alaraq, onunla yükləmək mümkün olmadığını düşünmüşlər. Ə.Sadıq. // Uydurmaq, düzəltmək. [İblis:] Bir qazi olub gah edərim fitnələr icad. H.Cavid. İcad olunmaq (edilmək)
vücuda gətirilmək. ..Övladıma da vəsiyyət edəcəyəm ki, müsəlman dili üçün təzə bir hürufat icad olunmuyunca müsəlmanca bir kəlmə söz də yazmasınlar. C.Məmmədquluzadə. // Uydurulmaq. Möcüzə adamları aldatmaq üçün icad olunmuşdur. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed