İKİBIR (ID - 18390)say. İki-iki, cüt-cüt. Yolçular çarəsiz qalıb nagah; Ikibir, üçbir oldular həmrah. H.Cavid. Qocalar bir-birindən soruşur, ikibir, üçbir gəlir və torpaq şöbəsinə çıxırdılar. S.Rəhimov. Indi tez-tez sağsağan, qarğa, tək-tək,...
|
İKİBOGAZLI (ID - 18391)sif İki boğazı olan (bax boğaz1
|
İKİBUCAQLI (ID - 18392)sif İki bucağı olan.
|
İKİBUYNUZ(LU) (ID - 18393)bax qoşabuynuz(lu).
|
İKİCANLI (ID - 18394)sif Hamilə, boyudolu. Ikicanlı qadın. - Getdin ora bircanlı, qayıtdın ikicanlı; Dərdin bir idi, indi min oldu, a zavallı. M.Möcüz. □ Ikicanlı olmaq - hamilə olmaq. Ay keçdi, il keçdi bundan; Ikicanlı oldu Gülyaz. A.Şaiq. Ağamehdi...
|
İKİCANLILIQ (ID - 18395)is. Hamilə olma, boynunda uşaq olma; hamiləlik. // Boğazlıq.
|
İKİCƏ (ID - 18396)say. İki. Əmrah ağzı üstə qapandı, yalnız ikicə dəfə hönkürdü. M.Hüseyn. Bayaqdan bəri [Zərintac xanım] cəmi ikicə dəst ürəyinə yatan paltar götürüb kənara tullaya bilmişdi. S.Rəhimov. Lakin ikicə gün sonra darülfünunda...
|
İKİCƏRGƏ (ID - 18397)zərf İki cərgə halında. İkicərgə oturmaq. Kitabları ikicərgə yığmaq.
|
İKİCƏRGƏLİ (ID - 18398)sif. k.t. Cərgəsi iki olan, iki cərgədə, sırada düzülmüş, iki cərgədən ibarət. İkicərgəli əkin. İkicərgəli çay bitkisi zolaqları.
|
İKİCƏRGƏLİLİK (ID - 18399)is. İki cərgədən ibarət olma, iki cərgədə düzülmə.
|
İKİCİLDLİ (ID - 18400)sif. İki cilddən ibarət olan. İkicildli lüğət. İkicildli əsər.
|
İKİCİLDLİK (ID - 18401)1. Bax ikicildli.
is. İki cilddən ibarət kitab. Sabirin əsərlərinin ikicildliyi. |
İKİCİNSİYYƏTLİ (ID - 18402)sif. biol. Erkək və dişi cinsiyyət əlamətlərini özündə birləşdirən; xonsa. İkicinsiyyətli orqanizm. // bot. Bir çiçəkdə həm dişicik, həm də erkəkcik olan. İkicinsiyyətli bitkilər. // zool. Həm erkək, həm də dişi cinsi orqanları...
|
İKİCİNSİYYƏTLİLİK (ID - 18403)is. biol. İkicinsiyyətli orqanizmin hal və keyfiyyəti.
|
İKİCİNSLİ (ID - 18404)bax ikicinsiyyətli. İkicinsli heyvanlar. İkicinsli bitkilər. - Turşəng fəsiləsi(nin) nümayəndələri otlardır; çiçəkləri müntəzəm, ikicinslidir. M.Qasımov.
|
İKİCİNSLİLİK (ID - 18405)b a x ikicinsiyyətlilik.
|
İKİÇARXLI (ID - 18406)sif. Qoşa çarxı (təkəri) olan. [Zakir] bir səhər ikiçarxlı arabasını götürüb həyətdə sürürdü. H.Seyidbəyli.
|
İKİÇƏYİRDƏKLİ (ID - 18407)sif. İki çəyirdəyi olan. İkiçəyirdəkli meyvə.
|
İKİÇİN (ID - 18408)zərf dan. İkicərgə. Ləməyə ikiçin əlvan zərli çini kasa və boşqab düzərdilər. H.Sarabski.
|
İKİDAYAQLI (ID - 18409)sif. İki dayaq üzərində dayanan, iki dayağı olan. İkidayaqlı dəzgah.
|
İKİDƏSTƏLİ (ID - 18410)sif. İki dəstəsi, tutacağı olan, qulpu olan. İkidəstəli mişar.
|
İKİDIRNAQLI (ID - 18411)zool. bax qoşadırnaqlı.
|
İKİDİBLİ (ID - 18412)sif. İki dibi olan. İkidibli qab.
|
İKİDİLLİ (ID - 18413)sif. 1. Eyni dərəcədə iki dildə danışan, məişətdə iki dildən istifadə edən. İkidilli xalq. İki dildə tərtib edilmiş. İkidilli lüğətlər.
məc. Qeyri-səmimi, ikiüzlü, aldadıcı, yalançı. Yaz günündə qar olmaz; Söyüd... |
İKİDİLLİLİK (ID - 18414)is. 1. Eyni dərəcədə iki dilin işlənməsi. Əhalinin ikidilliliyi.
2. İki dili yaxşı bilmə və işlətmə. |
İKİDİŞLİ (ID - 18415)sif. İki (bir cüt) dişi olan. İkidişli yaba.
|
İKİDİŞLİLƏR (ID - 18416)cəm zool. Okeanlarda yaşayan, əti zəhərli kirpiyə bənzəyən balıq.
|
İKİDİVARLI (ID - 18417)sif. İki divarı olan. İkidivarlı kamera.
|
İKİDORLU (ID - 18418)sif. dəniz. İki doru olan. İkidorlu gəmi.
|
İKİDÜYMƏ(Lİ) (ID - 18419)sif. 1. İki düymə ölçüsündə olan. İkidüymə mıx. İkidüymə taxta.
2. İki düyməsi olan. İkidüyməli pencək. |
İKİELEKTRODLU (ID - 18420)sif. fiz. Hər iki ucunda elektrod olan, iki elektrodu olan. İkielektrodlu keçirici.
|
İKİELEMENTLİ (ID - 18421)sif. Tərkibi iki elementdən (ünsürdən) ibarət olan. İkielementli maddə.
|
İKİEVCİKLİ (ID - 18422)is. bot. İkievcikli bitkilər sinfinin adı.
|
İKİEVCİKLİ (ID - 18423)sif. bot. Erkək və dişi çiçəkləri müxtəlif fərdlərdə yerləşən (bitkilər haqqında). Püstə .. ikievli bitkidir, yəni bir ağacda ancaq erkək, digər ağacda isə ancaq dişi çiçəkləri olur. İ.Axundzadə.
|
İKİEVLİ1 (ID - 18424)sif. dan. köhn. İki evi, arvadı, ailəsi olan. İkievli kişi. - [Zeynal] tamamilə ikievli, ikiarvadlı idi. S.Hüseyn.
|
İKİEVLİ2 (ID - 18425)b a x ikievcikli.
|
İKİEVLİLİK (ID - 18426)is. dan. köhn. İkievli adamın hal və vəziyyəti.
|
İKİƏLLİ (ID - 18427)zərf Hər iki əllə, iki əlin iştirakı ilə, hər iki əlini işlədərək. Ikiəlli tutmaq. Ikiəlli yığmaq. - [Hacı Mehdi:] Guya məni qalxızıb ikiəlli vurdular yerə. Ə.Haqverdiyev. [Cəfər:] Elə bunu deməyimi gördüm, anam başıma...
|
İKİƏRLİ (ID - 18428)sif Eyni zamanda iki əri olan.
|
İKİƏRLİLİK (ID - 18429)is. Eyni zamanda iki əri olma.
|
İKİƏSRLİK (ID - 18430)sif İki əsr (iki yüz il) tarixi olan, iki əsr davam edən. Ikiəsrlik müstəmləkə. Ikiəsrlik ayrılığın sonu gəldi.
|
İKİFAMİLİYALI (ID - 18431)sif İki familiyası olan, iki familiya daşıyan.
|
İKİFAZALI (ID - 18432)sif fiz. İki fazası olan.
|
İKİFİKİRLİ (ID - 18433)sif. Müəyyən qərara gələ bilməyən, tez-tez fikrini dəyişən; mütərəddid. Ikifikirli adam.
|
İKİFİKİRLİLİK (ID - 18434)is. Tez-tez fikrini dəyişmə, iki fikirdə olma.
|
İKİGAVAHINLI (ID - 18435)sif. İki gavahını olan. Ikigavahınlı kotan.
|
İKİGÖVDƏLİ (ID - 18436)sif. tex. İki gövdəsi olan.
|
İKİGÖYƏRTƏLİ (ID - 18437)sif. dəniz. İki göyərtəsi olan. Ikigöyərtəli gəmi.
|
İKİGÖZLÜ (ID - 18438)sif. İki gözü olan, iki hissədən ibarət. Ikigözlü miz. Ikigözlü qutu. Ikigözlü dükan.
|
İKİGÜNLÜK (ID - 18439)sif. 1. İki gün vaxt tələb edən. Ikigünlük iş qalıb. // İki gün sürən, iki gün davam edən. Ikigünlük möhlət. Ikigünlük səyahət. // İki günə çatan, iki gün üçün kifayət edən. Ikigünlük azuqə.
Doğulmasından iki... |
Bu səhifə dəfə baxılıb