İKİƏLLİzərf Hər iki əllə, iki əlin iştirakı ilə, hər iki əlini işlədərək. Ikiəlli tutmaq. Ikiəlli yığmaq. - [Hacı Mehdi:] Guya məni qalxızıb ikiəlli vurdular yerə. Ə.Haqverdiyev. [Cəfər:] Elə bunu deməyimi gördüm, anam başıma ikiəlli qapaz salıb, başladı məni qarğışlamağa. E.Sultanov. [Aşıq Camal] ikiəlli ustadının əlindən tutub dodaqlarına qaldırdı, hörmətlə qocanın əlini öpdü. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|