İKİDİLLİsif. 1. Eyni dərəcədə iki dildə danışan, məişətdə iki dildən istifadə edən. İkidilli xalq. İki dildə tərtib edilmiş. İkidilli lüğətlər.
məc. Qeyri-səmimi, ikiüzlü, aldadıcı, yalançı. Yaz günündə qar olmaz; Söyüd qalxar, bar olmaz; İkidilli gözəldə; Əhdə etibar olmaz. (Bayatı). Yox böylə ikidilli, yaman üzlü cəfakar; Bir zərrə utanmaz! M.Ə.Sabir. Paylaşın - Hamı bilsin
|