İSLANMA (ID - 19391)“İslanmaq” dan f.is.
|
İSLANMAQ (ID - 19392)f İslaq hala gəlmək. Yağışa düşüb islanmaq. Suya düşüb islanmaq. - Əzizim, gülüstana; Şeh düşüb gülüstana; Qorxuram göz yaşımdan; Qoynunda gül islana. (Bayatı). Az keçdi, yenə güclü yağış başladı başdan; Bir anda bahar...
|
İSLANMIŞ (ID - 19393)f.sif. İslaq hala gəlmiş. Anam gecəki yağışdan islanmış şeyləri Ayrım qızının köməyi ilə alaçıqdan çıxara-çıxara:
Allah kəssin belə yaylağı. A.Şaiq. Şehli çəmənlərdə qaçdığım anlar; Yadıma islanmış tellərim... |
İSLATMA (ID - 19394)“İslatmaq” dan f.is.
|
İSLATMAQ (ID - 19395)f 1. Yaş eləmək, islaq hala gətirmək. Indi [Xədicənin] gözlərindən sakitcə axan yaşlar yanaqlarını isladıb a xır... axır... bir dürlü bitmək bilməyirdi. S.Hüseyn. Çatıldı qaşların, darıldın mənə; Islatdı jalələr nazik...
|
İSLIQ (ID - 19396)is. Fit, fışqırıq. Ancaq .. gəmilərin son islıqları .. eşidilirdi. M.S.Ordubadi. Düşmən tərəfdən gələn güllələr islıq çalaçala başı üzərindən uçuşur. H.Nəzərli. Hər baxışda bir sevinc; Hər dodaqda bir islıq. M.Müşfiq....
|
İSMARIŞ (ID - 19397)is. Tapşırıq. Aşıq sazla dediyi kimi, sözlə də Məhbub xanımın ismarışını Koroğluya yetirdi. “Koroğlu”. Padşah zənəninə ismarış göndərir ki, hələ bir neçə vaxt qalsın orda, uşağın bir sümüyü bərkisin, gələr, gənə...
|
İSMARLAMA (ID - 19398)“İsmarlamaq” dan f.is.
|
İSMARLAMAQ (ID - 19399)f 1. Tapşırmaq. Dəvənin dizini bağla, Allaha ismarla. (Ata. sözü). Rəhmətlik son nəfəsində əllərimi tutub dedi: Gülcahan, Əşrəfi sənə, səni də Allaha ismarladım.. A.Şaiq. Bir söz ismarlamış bəlkə yar eli; Nədən anlaşılmaz...
|
İSMARLANMA (ID - 19400)“İsmarlanmaq” dan f.is.
|
İSMARLANMAQ (ID - 19401)məch. Tapşırılmaq. // Sifariş edilmək.
|
İSMARLATMAQ (ID - 19402)“İsmarlamaq” dan icb.
|
İSMƏT (ID - 19403)is. [ər.] Namus, irz, həya, abır, pərdə. Arvadın isməti, ərin izzəti. (Ata. sözü). Qorxum bu ki ismət ola pamal; Fərmanə müvafiq olmaya hal. Füzuli. [Gövhər xanım:] ..Indiyədək abır, ismət saxladıb məni.. N.Vəzirov. [Hatəmxan...
|
İSMƏTLİ (ID - 19404)sif. Namuslu, həyalı, abırlı, əxlaqlı, təmiz, məsum. - Gülzarın namuslu və ismətli (z.) olduğu xüsusi bir tərzdə dillərdə dolaşırdı. C.Cabbarlı. Zəmanənin xarab bir vaxtında nəcib, gözəl, həyalı, iffət və ismətli bir qız...
|
İSMƏTLİLİK (ID - 19405)is. Namusluluq, həyalılıq, abırlılıq, əxlaqlılıq, əxlaq təmizliyi. // Məsumluluq, günahsızlıq.
|
İSMƏTSİZ (ID - 19406)sif İsmətini itirmiş, namussuz, abırsız, həyasız, şərəfsiz, üzündə pərdə olmayan. ..Mənim sözüm budur ki, ümumiyyətlə, heç bir millətin barəsində demək olmaz ki, filan millətin övrətləri bietibar və ismətsizdir. “Mol....
|
İSMƏTSİZLİK (ID - 19407)is. İsməti, abırı, həyası olmama; abırsızlıq, həyasızlıq.
|
İSNAD (ID - 19408)[ər.]: isnad etmək (vermək) - bir şeyi bir şəxsə və ya bir yerə və s.-yə aid etmək, nisbət vermək, bağlamaq; üstünə atmaq mənalarını bildirir. Zülfi-müşkininə dil verdim, o, qanım tökdü; Bu xəta düşdü özündən, mənə...
|
İSNADƏN (ID - 19409)[ər.] köhn. ...əsasən, ...görə, isnad edilərək. Alınan xəbərlərə isnadən... Əldəki sənədlərə isnadən demək olar ki
|
İSPAN (ID - 19410)is. İspaniyanın əsas əhalisini təşkil edən, roman dillərindən birində danışan xalq və bu xalqa mənsub adam. Ispan musiqisinin janr xüsusiyyətləri. Ispan ədəbiyyatının görkəmli nümayəndələri. Ispan dilinin ilk qrammatikası 1492-ci...
|
İSPANAQ (ID - 19411)is. bot. Qısa yeməli yarpaqları olan birillik tərəvəz bitkisi. Ispanaq iki növdür: ev və vəhşi (çöl) halda bitən ispanaq. Ispanaqları ətə qatıb, müxtəlif xörək bişirməyə sərf edirlər. A.Quliyev.
|
İSPANCA (ID - 19412)sif. və zərf İspan dilində. Ispanca kitab. Ispanca-latınca lüğət. Ispanca danışmaq.
|
İSPANİYALI (ID - 19413)is. İspaniya əhalisindən olan, İspaniya vətəndaşı.
|
İSPANKA (ID - 19414)[rus.] tib. 1918-1919-cu illərdə əvvəlcə İspaniyada baş verib, sonralar başqa ölkələrə yayılmış qrip xəstəliyinin bir növü.
|
İSPOLKOM (ID - 19415)[rus. исполнительный комитет söz. ixtisarı] tar. dan. İcraiyyə komitəsi (canlı dildə bəzən həmin komitənin sədri mənasında). [Qızyetər:] A Fatmanisə, nə olar gedib bir ispolkoma xəbər verib, onlardan bir səhih...
|
İSRAF (ID - 19416)is. [ər.] Artıq və lazımsız yerə xərcləmə, sərf etmə, işlətmə, dağıtma, puç etmə. Israf haramdır. (Ata. sözü). Atasının bu qədər yersiz israfi və belə faciəli ölümü Əşrəfi çox düşündürürdü. A.Şaiq. Yoxlama zamanı...
|
İSRAFCIL (ID - 19417)b a x israfçı 1 -ci mənada.
|
İSRAFCILLIQ (ID - 19418)bax israfçılıq 1-ci mənada.
|
İSRAFÇI (ID - 19419)is. 1. İsraf edən, israfa yol verən; bədxərc.
2. Özünə inanılıb tapşırılmış pulu, malı və s.-ni israf edən adam. |
İSRAFÇILIQ (ID - 19420)is. 1. İsrafa yol vermə, artıq və lazımsız yerə xərcləmə, dağıtma. Israfçılıq etmək.
2. Özünə inanılıb tapşırılan pulu, malı və s.-ni israf etmə, öz məqsədləri üçün xərcləmə, sərf etmə. Balacayevi böyük bir... |
İSRAĞAGÜN (ID - 19421)zərf Srağagün. [Şəhrəbanı xanım:] İsrağagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı cəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə. [Ana:] İsrağagün də aləmi gəzdim, bir çimdik çay tapa bilmədim....
|
İSRAĞAGÜNKÜ (ID - 19422)sif. Srağagün olmuş (baş vermiş). İsrağagünkü hadisə.
|
İSRAİLLİLƏR (ID - 19423)is. tar. 1. Qədim yəhudi tayfalarının ümumi adı. İsraillilərin çoxu Assuriyanın uzaq əyalətlərinə köçürülmüşdü. - [Xanburabi:] İsraillilər .. Yeqovu .. yaradılışın ağası zənn edirlər. Çəmənzəminli.
2. İsrail dövlətinin... |
İSRAR (ID - 19424)[ər.] 1. is. Dediyi sözün, tələb etdiyi şeyin, irəli sürdüyü fikir və ya iddianın üstündə durma, təkid göstərmə, dediyindən dönməmə; inad, təkid. Bəsdir, dəxi millət qəmini eyləmə təkrar; Olmaz belə israr! M.Ə.Sabir. Rəmziyyə...
|
İSRARLI (ID - 19425)sif Sözünün üstündə israr edən, dediyindən dönməyən; inadlı.
|
İSRİF (ID - 19426)is. məh. Qənaətçilik, haqq-hesabını bilmək.
|
İSSIZ (ID - 19427)sif Heç bir insan yaşamayan, əhalisiz, boş, xali, şenliksiz. [Knyaz:] Həp düşündükcə boğar ruhu soyuq; Qaba, issız və dərin bir boşluq. H.Cavid. Səhərə yaxın issız və səssiz aləm oyanmağa başlayır. M.S.Ordubadi.
|
İSSIZCA (ID - 19428)bax issız. [Gənc çadırçı:] Oparlaq möhtəşəm kaşanələrdən; Bu gün issızca bir viranə qaldı. H.Cavid.
|
İSSIZLIQ (ID - 19429)is. Boşluq, xalilik, adamsızlıq, tənhalıq.
|
İSSİLIQ (ID - 19430)is. məh. Yayda istinin təsirindən bədəndə əmələ gələn qırmızı səpgi, qızartı. İssilıq tutmaq.
|
İSTEDAD (ID - 19431)is. [ər.] 1. Fitri qabiliyyət, bir şeyi tez mənimsəmə qabiliyyəti; zəka, talant. Şairlik istedadı. - Ey Füzuli, müttəsil dövran müxalifdir mana; Qaliba ərbabi-istedadı dövran istəməz. Füzuli. [Fitnə:] Dünyada istedad, hər böyük...
|
İSTEDADLI (ID - 19432)sif İstedadı, fitri qabiliyyəti olan; talantlı. İstedadlı bəstəkar. - Azərbaycan mətbuatı tarixində [C.Məmmədquluzadə] böyük və istedadlı bir jurnalistdir. M.İbrahimov. [Direktor:] İstedadlı gəncləri yetişdirmək lazımdır. İ.Əfəndiyev....
|
İSTEDADLILIQ (ID - 19433)is. İstedadlı adamın hal və keyfiyyəti. Onun istedadlılığına söz ola bilməz.
|
İSTEDADSIZ (ID - 19434)sif İstedadı olmayan. İstedadsız adamlar onsuz da özlərinə yol tapırlar.
|
İSTEDADSIZLIQ (ID - 19435)is. İstedadı, qabiliyyəti, bacarığı olmama; qabiliyyətsizlik, bacarıqsızlıq.
|
İSTEFA (ID - 19436)is. [ər.] Öz xoşu ilə vəzifəsindən, işindən çıxma, əl çəkmə. Mitinqçilər istefa tələb edirlər. □ İstefa vermək, istefaya çıxmaq - öz xoşu ilə vəzifəsindən, qulluğundan əl çəkmək, çıxmaq. [Almaz:] Mən deyərdim ki,...
|
İSTEFALI (ID - 19437)sif İstefada olan, istefa vermiş. İstefalı general.
|
İSTEHKAM (ID - 19438)is. [ər.] hərb. Düşməndən qorunmaq məqsədi ilə düzəldilən səngər, sədd, qala, divar və s. müdafiə tikintiləri. Sahil istehkamları. Istehkamda gizlənmək. - Ay buludun arxasında gizlənmiş, istehkam boyu bir çox kölgələr səssiz-səmirsiz...
|
İSTEHKAMÇI (ID - 19439)is. hərb. İstehkam hissələrində qulluq edən hərbi xidmətçi; istehkam qurma mütəxəssisi. // İstehkam işləri ilə məşğul olan, istehkam hissəsində qulluq edən. .. Istehkamçı zabitin, nəsə inşaat mütəxəssisi olduğunu zənn edir,...
|
İSTEHKAMLI (ID - 19440)sif Müdafiə üçün istehkamları, lazımi hərbi tikintiləri olan. Istehkamlı yer. Istehkamlı sahil.
|
Bu səhifə dəfə baxılıb