İzahlı lüğət

İSLANMIŞ

f.sif. İslaq hala gəlmiş. Anam gecəki yağışdan islanmış şeyləri Ayrım qızının köməyi ilə alaçıqdan çıxara-çıxara:
Allah kəssin belə yaylağı. A.Şaiq. Şehli çəmənlərdə qaçdığım anlar; Yadıma islanmış tellərim gəlir. M.Dilbazi. Isgəndər kişi tərdən islanmış dəsmalını dizinə sərmişdi. İ.Hüseynov. // İs. mənasında. məc. Islanmışın sudan nə qorxusu?! (Məsəl).
□□ İslanmış cücə kimi - bütün su içində olan, üst-başı başdan-başa islanmış adam haqqında. ..Arıq adam islanmış cücə kimi büzüşüb danışdığınapeşman oldu. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
not_found
......