İSTEHKAMis. [ər.] hərb. Düşməndən qorunmaq məqsədi ilə düzəldilən səngər, sədd, qala, divar və s. müdafiə tikintiləri. Sahil istehkamları. Istehkamda gizlənmək. - Ay buludun arxasında gizlənmiş, istehkam boyu bir çox kölgələr səssiz-səmirsiz gəzinirlər.. H.Nəzərli. [Naçalnik:] Dostum, qoy sənintək vuruşsun hamı; Əldən buraxmayın bu istehkamı! S.Rüstəm. □ İstehkam hissəsi - istehkamçılardan ibarət hərbi hissə. Istehkam hissəsi səngər qazırdı. - Istehkam hissələrinin əlində kifayət qədər vəsait olmurdu. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|