İSMARLAMAQf 1. Tapşırmaq. Dəvənin dizini bağla, Allaha ismarla. (Ata. sözü). Rəhmətlik son nəfəsində əllərimi tutub dedi: Gülcahan, Əşrəfi sənə, səni də Allaha ismarladım.. A.Şaiq. Bir söz ismarlamış bəlkə yar eli; Nədən anlaşılmaz quşların dili? Ə.Cavad.
2. Sifariş etmək, bir şey etməyi tapşırmaq. Dərziyə birpalto ismarladım. - Həsən qulluqçunu çağırdı, çay ismarladı. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|