İzahlı lüğət

İŞVƏ

is. [ər.] Naz, qəmzə, işvə, cilvə; qəmzəli baxış. Dağ başından yar aşar; Yar dolanar, yar aşar; Işvə, qəmzə, bir də naz; Tək bir sənə yaraşar. (Bayatı). Belə işvə, belə qəmzə, belə naz; Belə qamət, belə gərdən olurmu? Q.Zakir. Nazı çox, qəmzəsi bol, kibri də var dilbərimin; Baxmamaq işvəsidir aşiqə taci-sərimin. Ə.Nəzmi. İşvə satmaq - naz-qəmzə eləmək. Maralın, ceyranın min işvə satır; Su göndər bu yerdə yanana, dağlar! S.Vurğun. Al-yaşıl geyinib seyrana çıxmış; Işvə satır güllü yaza gözəllər. Aşıq Ağalar.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed