İzahlı lüğət

İMƏKLƏMƏK

f Əllər və dizlər üzərində hərəkət etmək. Nə isə, vaxt yetişdi, gərək uşaq iməkləsin, yerisin, gülsün, danışsın, şad olsun.. N.Nərimanov. [Atakişi:] Ay sənə qurban inəklər; Bu balam haçan iməklər. Cabbarlı. Əllərin qurtardı iməkləməkdən; Ayağın yer tutdu, a qızım, sənin. B.Vahabzadə. // Üzüqoylu sürünə-sürünə hərəkət etmək, yerlə sürünmək. Dəyirman üstə ləklər; Çırmanıb ağ biləklər; Oğlan qızdan ötəri; Dizi-dizi iməklər. (Bayatı). [Döyüşçülər] bəzən uşaq kimi iməkləyir, bəzən də şahin kimi uçurdular. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed