İzahlı lüğət

İŞILTI

is. Zəif işıq. Nə işıltı, nə də çıraq, nə bir qara daxma var; Hər yer bütün qalın qar. A.Səhhət. Enirəm qazmaya... Qazma soyuq, dar; Od-ocaq yoxsa da, bir işıltı var. Ə.Cəmil. Qar getdikcə daha şiddətlə yağır, solğun bir işıltı axşam qaranlığında əks edirdi. Ə.Məmmədxanlı. // Uzaqdan görünən işıq nöqtəsi. Hər iki yanda bir çağırımlıqda göz qırpan işıltı görünürdü. M.Rzaquluzadə. □ Işıltı gəlmək - işıq görünmək, işıq seçilmək. Yolçu qapı tərəfdən bir işıltı gəldiyini görüb, yavaş addımla yaxınlaşdı. S.Rəhman. Uzaqlardakı kəndlərdən alaseyrək işıltı gəlirdi. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed