İŞILDAMAQf İşıq vermək, işıq saçmaq. Yerlərdə işıldamır nə bir şam, nə bir ocaq; Göylərdə eşidilir ölüm nərəsi ancaq. Ə.Cəmil. Elektrik lampaları axşamın boz dumanları içərisində sönük bir parıltı ilə işıldayırdı. Q.İlkin. // Parlamaq, parıldamaq, bərq vurmaq. Üzüyün qaşı işıldayır. Şüşə işıldayır. Hər işıldayana qızıl deməzlər. (Ata. sözü). Vaqif yağışdan sonra təmizlənib işıldayan otlara və çiçəklərə baxır, zövqlənirdi.. Çəmənzəminli. Manqalın işığında onun xınalı dırnaqları və barmağındakı qızıl üzük işıldadı. İ.Hüseynov.
Paylaşın - Hamı bilsin
|