İKTİFAis. [ər.] Kifayətlənmə, qane olma. □ İktifa etmək (eləmək) - 1) kifayətlənmək, qane olmaq. [Hatəmxan ağa:] Niyə başa düşmədin, balam, çox arvad almaq ibarətdir ondan ki, bir kişi bir arvada iktifa etməsin. M.F.Axundzadə. [Rüstəm bəy:] [Nemət] cəld geyinib, bir stəkan çay ilə iktifa edib evdən çıxdı. Çəmənzəminli. Kim bilir ki, Tükəzban bununla iktifa eləməyib, nərdivanın yuxarı pillələrinə dırmaşmaq niyyətinə düşəcək. B.Talıblı; 2) kifayət etmək, bəs olmaq. Yoxsa ki, etməz quru söz iktifa; İş gərək olsun, nə əbəs iddia. A.Səhhət.
Paylaşın - Hamı bilsin
|