İzahlı lüğət

İKMAL

is. [ər.] Tamamlama, bitirmə, qurtarma, mükəmməlləşdirmə. Darülədəbin bilməliyiz qədrini, millət! Ikmalına göstərməli olduqca həmiyyət. M.Hadi. Bu gənc yeddi il idi ki, Parisdə tibb fakültəsini ikmal üçün sevgili vətənindən ayrı düşmüşdü. S.S.Axundov. □ İkmal etmək - tamamlamaq, axıra çatdırmaq, bitirmək, qurtarmaq. Təlim və tədris ana dilində icra olunan məktəbi-ibtidaini ikmal etdikdən sonra, şagirdi rus edadiyyələrinə, yəni gimnaziyaya, realni [məktəblərə] təbiidir ki, qəbul etməzlər. Ü.Hacıbəyov. [Varis:] ..Mən varlı olduğum halda, orta məktəbi ikmal edib bu şapkanı qoya bilmədim. A.Şaiq. İkmala yetirmək - b a x ikmal etmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

İ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed