İKİÜZLÜLÜKis. Özünü üzdə bir cür, dalda isə başqa cür göstərmə; riya, riyakarlıq. Ikiüzlülük etmək. - Dünyada saxtalığı, ikiüzlülüyü, riyanı və hiyləni sevməyən təmiz və səmimi bir şey varsa, o da sevgidir. M.S.Ordubadi. [Rəşid:] Fikirləşdim ki, bax bu dəqiqə başını qaldırıb hər iki tərəfə xidmət göstərən Bəkiri ikiüzlülükdə və fırıldaqçılıqda təqsirləndirə bilər. İ.Hüseynov.
Paylaşın - Hamı bilsin
|