İLKİN1. zərf İlk olaraq, birinci olaraq, ilk dəfə, birinci dəfə. Gözümü dünyaya açanda ilkin; Anamı görmüşəm, səni görmüşəm. S.Rüstəm. Bulağın suyundan ilkin içmək şərəfini qırx cavana verirlər. R.Rza. Elə bil ki, ilkin gördüm; Kainatda günəşi. N.Rəfibəyli.
2. sif İlk, birinci. Ilkin məlumat. Ilkin tanışlıq. - Ana, ana! Bu kəlməcik hər körpənin ən ilkin; Oyrəndiyi bir kəlmədir, əmdiyi süddən şirin. A.Şaiq. Etiraf edənin hər sözü min-min; Səhər günəşinin ilkin nurudur. B.Vahabzadə. Paylaşın - Hamı bilsin
|