İŞGÜZARsif 1. Bacarıqlı, işbacaran, işdə təcrübəsi olan. Işgüzar müdir. - Burada gözə dəyən hər şey otaq sahibinin işgüzar bir adam olduğunu göstərirdi. M.Hüseyn. Əbil.. Muxtar Zeynalovu işgüzar və gözütox bir adam kimi tanıyırdı. Ə.Vəliyev. [Nuriyyə:] Sədriniz işgüzar adama oxşayır. İ.Əfəndiyev. // Zəhmətsevən, işləyən, işcil, işləməyi sevən, təşəbbüskar. Qoçaq və işgüzar qızlardan olduğuna görə, qayınatası Mələkdən əl çəkməyib on üç yaşından kiçik oğluna nikah etdi. A.Divanbəyoğlu. Küçə sürətlə ora-bura gedən işgüzar adamlarla dolu idi. S.Rəhman. Əməli əhəmiyyəti olan, iş üçün faydası olan; ciddi. Işgüzar səfər. Konfrans işgüzar (z.) şəraitdə keçdi. - [Mayor:] Cavanşir bəylə işgüzar söhbətimiz var. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|