.....i_l_by_id_with_comments İŞARMAQ sözünün izahı / İŞARMAQ sözünün mənası

İzahlı lüğət

İŞARMAQ

f Xəfifcə işıldamaq, işıq vermək. [Xudayar bəyin] papağının altdan gözləri elə işarır ki, adamın canına vahimə oturur. C.Məmmədquluzadə. ..Bağın qapısında yanan lampa .. işarırdı. M.S.Ordubadi. Hisli dirəkdən asılmış neft çırağı tövlənin dibində tüstülənə-tüstülənə işarırdı. Ə.Abasov. // Parlamaq, işıldamaq. Sarmaşıq zoğutək qıvrım sallanan; Buruq saçlarında işarır yağış. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....