İŞCİLsif. İşləməyi sevən; zəhmətsevən, işgüzar, çalışqan, işlək. - Pah! İnsan da belə işcil olar? Əjdaha kimidir! Mir Cəlal. [Kərim:] İşcil olmasına söz yoxdur. İ.Əfəndiyev. // İs. mənasında. Hər sahədə bir dalğa və hər daş; İşcilə qurur bir yeni aləm. M.Müşfiq.
Paylaşın - Hamı bilsin
|