İzahlı lüğət

İSTƏK

is. Arzu, dilək, murad; yerinə yetirilməsi (başqası tərəfindən) arzu edilən şey. Istək gözdə olar. (Məsəl). [Şeyx Sənan:] Istəyim yalnız iştə bir şəfqət; Bir təbəssüm o hüsni-dilbərdən. H.Cavid. Istəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. Sanki cavanlaşdı yüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z.Xəlil. □ İstəyinə çatmaq - arzusuna, muradına çatmaq, istədiyinə, arzu etdiyinə nail olmaq. Öz istəyi ilə - öz arzusu ilə, öz xoşu ilə, öz könlü ilə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed