İzahlı lüğət

İNŞALLAH

ara s. [ər.] "Allah qoysa”, "Allah deyən olsa”, “Allah istəsə”, "Allahın iradəsi olsa” mənalarında xeyir-dua, dilək təbiri. [Mozalan bəy:] Sabah saat xoşdur, inşallah, günorta maşını ilə yola düşərsiniz. Ə.Haqverdiyev. [Ocaqqulu:] Ağa, - dedi,
Tiflis pis deyil, inşallah, daha da yaxşı olar. Çəmənzəminli. [Səfər bəy:] Heç qorxma, inşallah, salamat qurtararıq. Qənbərqulu, get, qızı gətir, aparaq. B.Talıblı. // Bəzən istehza məqamında işlənir. [Məşədi İbad:] Görəsən, bunların hamısının hamam pulunu, inşallah, mən verəcəyəm? Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed