İNSANis. [ər.] 1. Adam, bəşər. Ey mələksima ki səndən özgə heyrandır sana; Həq bilir, insan deməz, hər kim ki insandır, sana. Füzuli. Ancaq onu da bilməmiş deyilsən ki, insan mələk deyil. M.Hüseyn. İnsan özü qocalsa da; Ürəyi yüz yaşında da qocalmayır. B.Vahabzadə.
2. İnsaniyyətli, vicdanlı adam. Çox insan adamdır. - Murad kişi bağbandır; Çox mehriban insandır. M.Rahim. □□ İnsan oğlu - adam, insan. İnsan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yerdən alınmasın sorağın. M.Müşfiq. Paylaşın - Hamı bilsin
|