İNSANİYYƏTis. [ər.] 1. top. Bütün insanlar, bəşəriyyət, insan övladı, insan cəmiyyəti. [Abdulla bəy Asi və S.Ə.Şirvaninin] də məslək və əqidəsi və baş arzuları ümumi bəşərin və insaniyyət aləminin səadətidir. F.Köçərli. [Əli:] Din bir əmri-vaqe olaraq, insaniyyətlə bərabər doğmuş və əsrlərdən bəri dolanbac tarix yollarında onu təqib edir. Çəmənzəminli.
2. İnsanpərvərlik, insanlıq, insana yaraşan sifət və fəzilətlər, mürüvvət. Bu zəhmətlər şərh olunmaz, uzundur: İnsaniyyət həp bunlara mədyundur. A.Səhhət. Həbib Gözəlin evində hərarət, körpələrində ünsiyyət, özündə mərhəmət gördüyü kimi, Gözəl də Həbibdə insaniyyət, mehribanlıq hiss edirdi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|