İNSAFSIZsif 1. İnsaflı olmayan, mürüvvətsiz; zalım, qəddar, rəhmsiz. Insafsız günəş də ki batmaq bilmirdi. E.Sultanov. Insafsız, avam bir adam olan əmim arvadı iri mis səhəngi çiynimə verib səhərdən axşama qədər mənə ayaqyalın, başıaçıq su daşıtdırardı. İ.Əfəndiyev. // Zərf mənasında. [Orxan:] Məndə artıq can qalmamış, Mərhəmət; Mərhəmət qıl, insafsız olma, Ismət! H.Cavid.
2. Vicdansız, şərəfsiz. Zeynəbin özü Məcidə xəbər verdiyini Nadir indi güman etdi və hər ikisi tərəfindən belə insafsız (z.) bir tərzdə aldandığına acıdı. B.Talıblı. // İs. mənasında. Bilmirəm bu yanlış məlumatı gözəl qıza hansı bir insafsız xəbər vermişdir. M.S.Ordubadi. Sərt oldu rəfiarı o insafsızın; Dərslərinə vaxtı qalmadı qızın. M.Rahim. Paylaşın - Hamı bilsin
|