İNSANLIQis. 1. top. Bəşəriyyət, insanlar. Sən mükafatını insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara. Səhhət. Dünyada səfalət və fəlakət yalnız insanlığın yoxsul qisminə nəsib imiş. A.Şaiq. İnsanlığa Tusilər, Səbuhilər verdik biz; 0erimizin qüdrəti bir dənizdir, bir dəniz. R.Rza. Qoy bütün insanlıq səcdənə gəlsin; Ey şəhid qanından qızaran bayraq! B.Vahabzadə.
məc. İnsanpərvərlik, əsil insana xas olan sifət və fəzilətlər; mürüvvət. Kim ki insanı sevər, aşiqi-hürriyyət olur; Bəli, hürriyyət olan yerdə də insanlıq olur. M.Ə.Sabir. Yox kimsədə mərhəmətlə vicdan; İnsanlığı həp unutdu insan. H.Cavid. Rəşidin bu insanlığını və hümmətini hər kəs bildi. İ.Musabəyov. □ İnsanlıq sifətini itirmək - ədalətsiz, qeyri-vicdani iş görmək, insan adına layiq olmayan hərəkətlərə yol vermək. Kömək etmək imkanı əldə ikən bu vəzifədən boyun qaçırmaq insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|