İzahlı lüğət

İNQİLAB

is. [ər.] 1. Zorakı ictimai çevriliş; dövlət hakimiyyətinin hakim sinfin əlindən başqa sinfin əlinə keçməsi. 1905-ci il inqilabı. Burjua inqilabları. İnqilab illəri.
Rusiya inqilabının bərəkətindən törəyən azadlıqların biri də vicdan azadlığıdır. C.Məmmədquluzadə. [Yaşlı kişi:] Dünya hadisələri ilə, İranda başlayan inqilab hərəkatı ilə maraqlanırdım. S.Hüseyn. Hər hansı bir elm sahəsində, texnikada, incəsənət və s. sahəsində əsaslı dəyişiklik. Mədəni inqilab. - Sonra bir həkim çıxdı, yaş dəsmal üsulunun elm aləmində bir inqilab olduğunu söylədi. Mir Cəlal.
klas. Dəyişiklik, dəyişkənlik. Şahiddir ona bu inqilabın; Kim, aşiqisən bir afitabın. Füzuli. Yarəb, bugünkü məclisimiz xoş keçir bizim; Bu məclisi-məhəbbətə göstərmə inqilab. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed